Ş-213 (rus. Щ-213; ing. Shch-213) — İkinci dünya müharibəsində SSRİ tərəfindən Qara dənizdə istifadə edilən X tipli[1] sualtı qayıq. Sualtı qayıq Ukrayna SSR-nın Mikolayev şəhərində hazırlanmış və 1938-ci ilin oktyabrında istifadəyə verilmişdir.
Ş-213 | |
---|---|
Щ-213 | |
Ölkə | SSRİ |
Mənşə ölkə | |
Təşkilat | SSRİ Dəniz Donanması |
Salınma tarixi | 4 dekabr 1934 |
Batma tarixi | 14 oktyabr 1942 |
İstehsalçı | SSRİ |
Tipi | sualtı qayıq |
Növü | döyüş |
İştirak etdiyi döyüşlər |
Struma gəmisinin batırılması MV Çankaya gəmisinin batırılması |
Dor ağacı | 6,2 |
Uzunluğu | 57 |
Su sıxışdırması | 3,96 m |
Tərsanə nömrəsi | 1037 |
1942-ci ildə Ş-213 dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır.
Ş-213-ə verilən gizli əmrə görə sualtı qayıq Qara dənizdə nasistlərə potensial silah-sürsat və material daşıyan bütün tərəfsiz və düşmən gəmiləri vurmalı idi. 23 fevral 1942-ci ildə Bosfor boğazının şimal-qərbində Türkiyənin "MV Çankaya" gəmisini batırmışdır.
12 dekabr 1941-ci ildə Rumıniyadan yola düşən və nasistlərin əlindən qaçan yəhudiləri aparan "Struma" gəmisi nasazlıq nəticəsində İstanbul yaxınlığında dayanmağa məcbur olmuşdur. Lakin Türkiyə hökümətinin tərəfsizliyinə görə gəmidəkilər sahilə çıxa bilməmişdirlər. 24 fevral 1942-ci ildə gəmi axıntıya düşmüş və Ş-213 tərəfindən vurulmuşdur. Hadisə nəticəsində 768 nəfər ölmüş, ancaq bir nəfər qurtula bilmişdir.
Ş-213 2 mart 1942-ci ildə bir tacir gəmisini Bosfor boğazının şimal-şərqində vurmağa çalışmış, amma torpedo yan keçmişdir. Növbəti gün Bosfor boğazının şimal-şərqində bir Türkiyə gəmisi olan "Adana"nı vurmaq istəsə də, hədəfini qaçırmışdır.
1942-ci ilin 14 oktyabrında mina ilə toqquşaraq batmışdır.[2]
Tarix | Gəmi | Bayraq | Tonaj | Qeydlər |
---|---|---|---|---|
23 fevral 1942 | MV Çankaya | 464 | atəşlə | |
24 fevral 1942 | Struma | 169 | torpedo ilə | |
Cəmi: | 633 |
15 noyabr 2008-ci ildə 1 holland və 2 rumın dalğıc tərəfindən Konstant yaxınlığında sualtı qayığın qalıqları aşkarlanmışdır və eyniləşdirməsi 2010-cu ilin 23 avqustunda elan olunmuşdur.