MV Çankaya — 264 qroston ağırlığında, yelkənli və motorlu yük gəmisi. 23 fevral 1942-ci ildə SSRİ sualtı qayığı Ş-213 tərəfindən torpedo ilə Bosfor boğazında batırılmışdır.
MV Çankaya | |
---|---|
MV Çankaya | |
| |
Ölkə | Şotlandiya Rusiya Türkiyə |
Təşkilat | Rusiya İmperatorluq Donanması |
Yeni adı |
SY Katrina'Kolxida Lukull'MV Çankaya |
Tarixi | 7 may 1886 |
Batma tarixi | 23 fevral 1942 |
İstehsalçı | Ramage & Ferguson |
Tipi | Sahil yük gəmisi |
Sinifi | yaxt |
Təyinatı | Yük daşımaq |
Sürəti | 20,372 |
Uzunluğu | 549 |
Su sıxışdırması | 33 |
1886-cı ildə Ramage & Ferguson şirkəti tərəfindən Şotlandiyanın Leyt limanında "SY Katrina" adı ilə hazırlanmış və C.Andersona aid Qlazqo şirkətinə xidmət verməyə başlamışdır. 1890-cı ildə Rusiya İmperatorluq Donanmasına satılmışdır. "Kolxida" adı ilə 23 il boyunca yaxt və buxarlı gəmi siniflərində xidmət verdikdən sonra 1913-cü ildə xidmətini başa çatdırmışdır.
1914-cü ildə "Lukull" adı ilə döyüş gəmisi kimi yenidən fəaliyyət göstərməyə başlamışdır. 1918-ci ildə eyni adla Almaniya İmperatorluq Donanmasında yaxt kimi xidmət vermişdir. 1919-cu ildə Belarus Donanmasında yük gəmisi olmuşdur. 15 oktyabr 1921-ci ildə İtaliyanın "Adria" gəmisi ilə Qız qalası yaxınlığında toqquşaraq batmışdır.
1923-cü ildə sudan çıxarılaraq sərnişin gəmisi kimi istifadə olunmağa başlamışdır. Gəmiyi həmin il izmirli Uşakizadə Muammər bəy almış və "Çankaya" adı ilə işlətməyə başlamışdır. 1921-ci ildə İzmir Liman və Körfəz İşləri T.A.Ş. şirkəti tərəfindən, 1934-cü ildə İzmir Liman İşləri Ümum Müdirliyi tərəfindən satın alınmışdır. 1937-ci ildə motorlu gəmiyə çevrilmiş və İstanbuldakı Mehmet Kaptanoğlu və Qardaşları şirkətinə satılmışdır.
1937-ci ildə Çin-Yaponiya, 1939-cu ildə İkinci dünya müharibəsi başlamışdır. "MV Çankaya" 23 fevral 1942-ci ildə İstanbul-Zonquldak-Varna səfərində 30 ton kərpic və 170 ton dəmir apararkən SSRİ sualtı qayığı Ş-213 tərəfindən Bosfor boğazında torpedo ilə batırılmışdır.[1] Türkiyə müharibədə tərəfsiz olsa da, SSRİ qüvvələri Qara dənizdə nasistlərə potensial material daşıma ehtimalı olan bütün tərəfsiz və ya düşmən gəmilərini vururdular.[2]
Növbəti gün — 24 fevral 1942-ci ildə Rumıniyadan nasistlərin əlindən qaçan yəhudilərlə dolu olan "Struma" gəmisi də Ş-213 tərəfindən batırılmış və tarixə Struma faciəsi kimi həkk olunmuşdur.