Şaş vilayəti

Şaş vilayətiOrta Asiyada tarixi bölgə.

"Çaç müasir Daşkəndin ən qədim adıdır. Dillərində "ç" çəsi olmadığına görə ərəblər onu "Şaş" şəklində yazmışlar. "Şaşkənd" sonralar "Daşkənd"ə çevrilmişdir. Şəhərin adını çin qaynaqları "Çö-Çi", "Çö-Şi", yaxud sadəcə "Şi" şəklində transkripsiya etmişlər ki, bu da çincə "daş" deməkdir".

Göytürklər VI əsrin ikinci yarısında qərbdə ilk olaraq Şaş (Daşkənd) bölgəsini ələ keçirmişdir. Xaqanlığa tabe olaraq bu əsrin sonlarına qədər varlığını sürdürə bilən “Tchao-wu” xanzadələri, Çin salnamələrinə görə, 605-ci ildə İstəmi xaqanın soyundan gələn Shəgui xan tərəfindən yox edilərək, idarəyə Tə-lə Tiən-tchə (Tiən-tchə Təgin) keçirilmişdir. Bu dönəmə aid Sogdca yazılı Şaş pullarında Türk əsilli İl-təgin adlı yönətici keçməkdədirll ki, o 605-ci ildə idarəyə keçən Tə-lə Tiən-tchə (Tiən-tchə Təgin)lə eyni şəhs ola bilir. Bizcə, bu Təgin Göktürk xaqanları soyundan olmalıdır. Böyük ehtimallə, VIII əsrin ortalarına qədər hökm sürən Şaş xanzadələrinin soyu ona dayanmaqdadır. Çin qaynaqlarından onların ünvanının “tou-toən” (Tudun) olduğu anlaşılır. Sogd bəlgələrində Şaş xanzadəsi “tdwn” (Tudun) dan bəhs edilir. Ərəb qaynaqlarından da buranın hökmdarlarının “Tudun” ünvanına sahib olduqlarına toxunulur. Məsələn, Təbəridə "tudun məlik əş-Şaş” təbiri keçməktədir. Daşkənddə olan VII əsrə aid Şaş pullarında Sogd yazısında "tdwn” (Tudun) və "Çaç” kəlimələri yazılmış olub, üzərindəki hökmdar təsviri Türk tipindədir. S. Tolstova görə, Tudun, xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Bununla birlikdə, Şaş bölgəsinin bəzi şəhərlərində Tarxan ünvanının da işləndiyi görünür. Tang Shu salnaməsində bu bölgədəki Sudu şəhərinin hökmdarının İnyə ta-kan (Tarxan) olduğu qeyd olunub. Təbəri, 739-cu ildəki y olaylardan söz edərkən, Bədər Tarxan adlı bir Şaş hökmdarından bəhs edir. Yenə, qaynaqlardan bəlli olur ki, Şaşda taxt varislərinə Təkin deyilmişdir. Çin xronikalarına görə, Şaşı Tə-lə Tiən-tchə (Təgin Tiən-tchə; 605-620), Kan tou-toən chə-cho-ti yu-kiu-tchao-mou tou-tou (Ton Tudun Ögə Köl Tutuk; 640-660), Mo-ho-tou tou-toən (Bagatur Tudun; 713-740), İ-nai tou-toən kiu- lə (İnay Tudun Köl; 741), Tə-lə (Təgin; 743) idarə etmişlər.

Şaş tudunlarının Göktürk xaqanlığı siyasətinə fəal bir biçimdə qatıldığı anlaşılır. Məsələn, 640-cı ildə İbi Tu-lu xaqan Şaş tudunu Cha-po-lo Chəhuyu (İşbara yabqu) xaqana qarşı göndərir. Tudun da onu məğlyb edərək idarəni ələ keçirir. 738-ci ildə isə Mo-ho-tou (Bagatur) Tudun Türgəş lidərlərindən Bağa Tarxanla birliktə Türgəş xaqanı Tou-ho-siən Kü Çoru məğlyb etmişdi. Eyni Tudun, 739-cu ildə On Oxlar və Türgişlərin xaqanı Aşina Hini öldürərək özünü xaqan elan etmişdi. Şaş tudunlarının xaqanların işlərinə müdaxilə etməsini, bəlkə də, onların Göktürk xaqanları soyundan gəlmiş olmasıyla açıqlamak mümkün.

  1. «Древний Ташкент», Ташкент 1973
  2. Бартольд В. В. «Ташкент», Сочинения, т.3, Москва 1965.