Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Türgişlər (çin. tutişii 突骑施)— VI və VII əsrlərdə Göytürk imperatorluğuna bağlı olub 630-cu ildə Şərq Göytürk İmperiyasının dağılmasıyla müstəqilliyə qovuşan tarixi bir Türk boyudur.
Bağa Tarxan Türgiş xaqanlığını qurdu. Öz adına pul basdı. II Göytürk xaqanlığının qurulmasıyla yenidən Göytürk idarəçiliyinə girdilər. II Göytürklərin son dövrlərində yenidən sərbəst qalan Türgişlərin başına Su-lu xaqan keçdi. Su-lu xaqan Əməvilərə qarşı mübarizə apardı. Türgiş Əməvi ordularını dayandıraraq, Orta Asiyanın ərəbləşməsinin qarşısını aldılar. 766-cı ildə Türgiş xaqanlığına qarluqlar son qoydu.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |