Şah Dili

Şah Dili[1] — dil olaraq Abşeron yarımadasının uzaq cənub şərq qutaracağında yerləşir. Azərbaycan ərazisində yerləşən sahəsinə görə ən böyük dilidir. Üstəlik Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir.

Şah Dili
Yerləşməsi
40°17′ şm. e. 50°21′ ş. u.
Ölkə  Azərbaycan
Şah Dili xəritədə
Şah Dili
Şah Dili

Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi əsasən qumsaldır. Dəniz səviyəsindən elə də hündür deyildir. Bu səbəbdən şor qrunt suları səthə yaxındır. Şor gölməçələr və bataqlaşmış ərazilər geniş yer tutur. Dənizdən əsən küləyin təsirinə məruz qalır.

Abşeron Milli parkı

[redaktə | mənbəni redaktə et]

Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı[2] ərazisinə daxildir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunması olmuşdur. Burada Xəzər suitisi, ceyran, kəkilli dalğıc, Xəzər qağayısı, yaşılbaş ördək və s. kimi canlılar qorunub saxlanılır.

  1. Абшерон јасаглығы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 30.
  2. "Milli parklar". 2013-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.