Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Şahbaz Hüseynqulu oğlu Şahbazov- 1926-cı ildə Bakı şəhəri Binə kəndində anadan olub.
Şahbaz Şahbazov | |
---|---|
Şahbaz Hüseynqulu oğlu Şahbazov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hüseyqulu Şahbazov |
Elm sahəsi | həkim- epidemioloq |
Elmi dərəcəsi | tibb elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | tibb elmləri üzrə dosent |
İş yeri | Azərbaycan Dövlət Tibb Universiteti |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Tanınır | həkim-epidemioloq |
Mükafatları | Fərqlənmə diplomu |
Şahbaz Şahbazov Hüseynqulu oğlu 1926-cı ildə Binə kəndində aəanad olub. Orta məktəbi bitirdikdən sonra Bakı feldşerlik məktəbinə daxil olmuş və 1948-ci ildə oranı fərqlənmə ilə bitirmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin sanitar-gigiyena fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1954-1961-ci illərdə Türkmənistan Respublikasında əvvəlcə Taşauz vilayətinin sanitariya-epidemoloji stansiyasında epidemologiya şöbəsinin müdiri sonralar isə Taşauz şəhər sanitar epidemioloji stansiyasında Baş həkim və çəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 1961-ci ildən 1964-cü ilə kimi o, Azərbaycan Respublikası Elmi Tədqiqat Epidemiologiya və Gigiyena İnstitutunun uşaq damcı infeksiyaları laboratoriyasında kiçik elmi işçi,1964-1970-ci illərdə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun təşkilat şöbə müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildə Azərbaycan Respublikasının baş epidemoloqu təyin edirlər. 1981-ci ilə qədər bu vəzifədə çalışır. 1974-1988-ci illər ərzində institutun qarın yatalağı laboratoriyasına və epidemoloji şöbəsinə rəhbərlik etmişdir. 1988-ci ildə institutun bağırsaq infüksiyaları laboratoriyasına müdir seçilir və həmin ildə Pespublika Gigiyena və Epidemologiya mərkəzinin parazitoloji şöbəsinə müdir təyin edilmişdir. 1968-ci ildə Azərbaycan Respublikasının kənd yerlərində qarın yatalığının epidemoloji xüsusiyyətlərinə dair namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcə almışdır. 150-yə yaxın elmi məqalə və metodik göstərişlərin müəllifidir.[1]