Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair.[1]
Nurəddin Hümbətov | |
---|---|
Nurəddin Bahadur oğlu Hümbətov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Respublikası, Gəncə şəhəri |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | Gəncə şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Zemfira Hümbətova Bala qızı |
Uşaqları | Aynişan Hümbətova, Fəxri Hümbətov |
Atası | Bahadur Hümbətov |
Anası | Dilbər Hümbətova |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Respublika Terapevtlər Kardioloqlar Cəmiyyəti Rəyasət heyətində |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Elmi rəhbəri | akademik Mirməmməd Cavadzadə |
Tanınmış yetirmələri | Mustafayev İsaq professor, Mehdiyev Samir,Məmmədova Rəna-dosent |
Tanınır | həkim-kardioloq |
Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur.
Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir.
Professor Nurəddin Hümbətov Azərbaycanda Kardiologiya İnstitutunun ilk direktoru və əsasını qoyanlardan biri olmuşdur. Onun rəhbərliyi altında əsasən xroniki, qeyri-infeksion xəstəliklərin (işemik-miokard infarktu, stenokardiya, artirial hipertoniya, şəkərli diabet, tənəffüs sistemi və həzm orqanları xəstəlikləri) yayılması, profilaktikası və müalicəsi üzrə geniş tədqiqat işləri aparmışdır. Bunlar Beynəlxalq əməkdaşlıq proqramı üzrə (Almaniy), Yuqoslaviya, Kanada, Yaponiya, İtaliya, MDB ölkələri) aparılan tədqiqatların bir hissəsini təşkil etmişdir. Nurəddin Hümbətovun təşəbbüsü ilə Respublikada 3 Beynəlxalq Simpozium keçirilmişdir. (1991, 1997, 1998).
Nurəddin Hümbətov dəfələrlə Almaniya, Yuqoslaviya, Kanada, Yaponiya, İtaliya, MDB ölkələri və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir.
Sən həmişə mənimləsən (Bakı, Azərbaycan nəşriyyatı, 2000.144 s.)