Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Şahdağ Turizm Mərkəzi" — Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Qapalı Səhmdar Cəmiyyət.[1] Azərbaycanın ilk və ən böyük xizək kurortudur.[2][3]
Şahdağ Turizm Mərkəzi | |
---|---|
Yerləşmə | Qusar rayonu |
Yaxındakı şəhər | Qusar |
Ən yüksək coğrafi nöqtəsi | 1 435 |
Ən aşağı coğrafi nöqtəsi | 2 100 |
Kurortun ölçüsü | 128Ha |
Ən uzun yamacları | 2 km |
Qaldırıcı sistemlər | müxtəlif tipli |
Xarici keçidlər | https://www.shahdag.az/az |
Vikianbarda əlaqəli mediafayllar |
Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.
Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıdır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır.
Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır.
Kompleksin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəkiləcəkdir. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa olunan 982 metrlik məsafəsi olan lift isə artıq istifadəyə verilmişdir.[4]
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər.
27 fevral 2011-ci ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin lift bazasının anbarı ilə də tanış oldular. Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədilə işə saldı.[5]
Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.[6]
"Şahdağ" Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir.
"Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.[7]
"Şahdağ" Turizm Mərkəzi Azərbaycanın tarixində ən müasir avadanlıqları ilə təchiz edilmiş və ən yaxşı beynalxalq şirkətləri tərəfindən idarə edilən ilk dağ-xizək kurortudur.
Macəralar dünyası lap yaxınlığda:
Məşhur azərbaycan qonaqpərvərliyini hiss edin və Azərbaycanda istirahətin ən gözəl məqamlarınından həzz alın.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi / "Şahdağ" Turizm Mərkəzinin Müdiriyyəti
PGI Management
1,435–2,525 m
25,000 xizəkçi/saat
Burada 17 qaldırıcı var:
26 yamac:
Fristayl uçün 1 qar parkı
Müştərilərin xidmətinə yerli və xarici təlimçilərin xidmət göstərdiyi 3 Xizək və Dağ məktəbi verilib:
Uşaq bağçası / Uşaq Klubu
Bütün yamaclarda xilasetmə xidməti , Lift Bazasında isə Tibbi Mərkəz fəaliyyət göstərir.
Hal hazırda 5 otel fəaliyyət göstərir. "Şahdağ" Turizm Mərkəzinin otellərində hazırda olan çarpayıların sayı:
Ümumilikdə 1.156 çarpayı
30+ restoran, kafe və bar:
3 SPA, Sağlamlıq və Fitnes Mərkəzi:
4 Konfrans Mərkəzi fəaliyyət göstərir:
7 avtomobil dayanacağı:
"Şahdağ" Turizm Mərkəzi yay mövsümündə bütün yaşlara uyğun, macəralar parkından tutmuş şişirdilmiş qalalara, kvardosikllərdə gəzinti və nordik gəzintisinə və orientasiyaya qədər müxtəlif növ idman oyunlarını təklif edir.