Şahlar Əsgərov (şəhid)

Əsgərov Şahlar Firudin oğlu (1962, Yal Pirəhmədli1994, Murovdağ) - Qarabağ müharibəsi Şəhidi

Şahlar Əsgərov (şəhid)
Əsgərov Şahlar Firudin oğlu
Doğum tarixi
Doğum yeri Yal Pirəhmədli, Füzuli Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Murovdağ Azərbaycan Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qaradağ rayonu,
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

5 yanvar 1962-ci ildə Füzuli rayonunun Yal Pirəhmədli kəndində anadan оlmuşdur.

Füzuli rayonunun Qarğabazar kəndindəki Pənah Qasımov adlı orta məktəbdə başa vurub.

1983-cü ildə ailə qurandan sonra Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda çilingər işləməyə başlayıb.

1993-cü ilin noyabr ayının 5-də könüllü olaraq “Qaradağ batalyonu”nun tərkibində cəbhəyə yola düşüb.

1993-cü ilin noyabr ayının 17-də Şahlar Əsgərovun xidmət etdiyi batalyon Murovdağa yola düşür.1994-cü ilin yanvarın 3-də Kəlbəcərin bir kəndi uğrunda döyüşdən qayıdanda Murovdağda batalyonun bir neçə əsgərləri qar uçqununa düşüb həlak olurlar.Şahlar Əsgərovda həmin qar uçqununa düşərək şəhid olur.

1994-cü ildə Qaradağ rayonunda dəfn edilib.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Qaradağ rayonu Sahil qəsəbəsində küçələrdən biri Şahlar Əsgərovun adını daşıyır.

Mənbə[redaktə | mənbəni redaktə et]

“Uçqunda donmuşdu... silahını verib, bircə kəlmə dedi...” – Əbədi həsrət nağılı[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Füzuli rayonunun şəhid və itginləri[ölü keçid]