Yal Pirəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd.[1] Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2].
Yal Pirəhmədli | |
---|---|
39°31′41″ şm. e. 47°08′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır. Kənd dağın yalında yerləşdiyi üçün Yal Pirəhmədli adlanır. Kəndin adı "Yalda yerləşən Pirəhmədli kəndi" mənasını daşıyır. Deyilənlərə görə, əvvəllər bu ərazilərdə Pirəhmədli adlı kəndlər olduğu üçün onları bir-birindən fərqləndirmək məqsədilə dağın yalında yerləşən yal müsbət relyef forması bildirən coğrafi termini üçün də fərqləndirici əlamət ifadə edir. Yerli məlumata görə, kəndin 300 ilə yaxın yaşı var. Yaşayış məntəqəsi Xırdapara-Dizaq mahalının tabeliyində olub, onun baş kəndi (mərkəzi) hesab olunan Pirəhmədli kəndindən ayrılıb. Mahalın naibi bu kənddə otururdu. Yalpirəhmədli kəndinin adı bəzi sənədlərdə Yal Pirəhmədli şəklində də Yazılır. Kəndin mollahəsənli, hacıməmmədli, seyidli, seyidməmmədli və s. adlı tayfaları vardır.
Qarabağ silsiləsinin ətəyindədir. Oykonim yal (coğrafi termin) və Pirəhmədli (etnotoponim) komponentlərindən düzəlib, "yalda yərləşən Pirahmədli kəndi" mənasındadır. R-nun ərazisində Pirəhmadli adlı başqa bir kənd da var. Pirəhmədli kəngərlilərin bir qolunun adıdır.[3]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.