Şahqulu, Şahqulu Baba Təkəli, Bıyıqlıoğlu və ya Şahqulu ağa Təkəli (türk. Şahkuluvə ya Şah Kulu Baba Tekeli; (d. Qorqudeli, Osmanlı imperiyası — ö. 2 iyul 1511, Sivas, Osmanlı imperiyası) - Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Bu üsyan Şahqulu üsyanı adlanır və 1511-ci ildə Osmanl imperiyası tərəfindən çətinliklə yatırılmışdır. Üsyanın yatırılması zamanı öldürülmüş və Amasiyada dəfn edilmişdir.[1][2]
Şahqulu və ya Şahqulu ağa Təkəli | |
---|---|
Doğum tarixi | Bilinmir |
Doğum yeri | Antalya, Osmanlı imperiyası |
Vəfat tarixi | 2 iyul |
Vəfat yeri | Sivas |
Vəfat səbəbi | Osmanlı imperiyası ilə döyüşdə öldürülmüşdür |
Atası | Həsən Xəlifə |
Milliyyəti | Türkmən |
Fəaliyyəti | Şahqulu ağa Təkəli üsyanı |
Şah İsmayılın atası Şeyx Heydərin Xəlifələrindən Həsən Xəlifənin oğludur və Qorqudelinin Yalımlı kəndi camaatındandır.[3]
Şahqulu Türkmən boylarından olan Təkəli elinə mənsub olmuşdur. Şahqulunun atası iki dəfə Şeyx Heydərin xidmətinə getmiş, Xəlifəsi olmuş və sonra doğma torpağı olan Təkə elinə göndərilib xalqı Şeyx Heydərin ardıcılı etmək tapşırılmışdı. Həm Həsən Xəlifə. həm də oğlu Şahqulu Antalya ətrafında mağarada ibadətlə məşğul olaraq xeyli məşhurluq qazana bilmişdilər.[4]
Onun təşkilatçılığı ilə Osmanlı imperiyasında yaşayan Türkmənlər üsyan qaldırmışdır.[1] Onların məqsədi Şah İsmayılın Azərbaycanda və digər yerlərdə etdiklərini təkrarlamaq və sonda Səfəvilər dövlətinə birləşmək idi. Osmanlı ordusunu ilk əvvəllər məğlub etmiş, lakin Sivasın Çubukova ya da Gökçay bölgəsindəki döyüşdə məğlub olmuş və döyüşdə öldürülmüşdür.[5]
1511-ci ildə üsyan qəddarlıqla yatırıldı və Osmanlı tərəfindən sıxışdırılan Türkmən boyları Səfəvi dövlətinə köç etməyə başladı.[1]
Şahqulu 2011 və 2014-cü ildə Assassin's Creed: Revelations oyununun iki müxtəlif versiyasına daxil edilmişdir.[6]