Təkəlilər tayfası

TəkəlilərOğuzların Salur boyuna mənsub bir qolu. Qızılbaşlara aid boy.

"Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Təkəlilərin qədim yaşayış yeri Xəzərin qərb sahilləri olmuşdur.Təkəlilərin soyu Salur boyuna,Qazan xana kimi gedib çıxmışdır.Təkəlilər döyüşkən cəsur bir türk boyu kimi tanınmışdır.Məşhur Türkmən atı Ahaltəkə atı Təkəlilərin adıyla bağlıdır. Tərəkəmə təkləlilər tarixi zərurət üzündən gündoğanda və günbatanda məskunlaşmış, Təkə tayfasını Təklələr olaraqda adlandırırlar.Çox gümanki zamanla Təkə tayfasından Təklə eli yaranmışdır.Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olub, Azərbaycan, Türkmənistan, Türkiyə ərazisində yaşayıblar.

Təkəlilər tayfasının adı ilə səsləşən onomastik vahidlər bu gün də özünü qoruyub saxlamaqdadır. Azərbaycanın Quba rayonunda Təkə Şıx (indiki adı Gültəpə),Bərdə rayonunda Türkmən,Xızı rayonunda Təkəli kəndi, Gürcüstanın Borçalı bölgəsində Marneuli rayonunda Təkəli kəndi və Ermənistanın Dərəçiçək bölgəsində Təkəli kəndi buna misal ola bilər.

  • ASE(XI cild),Bakı-1987.səh.244