Şahqulu xan

Şahqulu xan (urdu شاہ قلی خان) — XVI əsrdə yaşamış Moğol qubernatoru, siyasətçi və incəsənət himayədarı. Şahqulu Hindistanın Narnaul bölgəsində Moğol qubernatoru vəzifəsində çalışmışdır.

Şahqulu xan
Doğum tarixi XVI əsr
Narnaulda yerləşən Cal Mahal. Saray 16-cı əsrdə Şahqulu xanın əmri ilə inşa edilmişdir.

Şahqulu xan 16-cı əsrdə böyük Moğol İmperiyasının hakim təbəqəsinin üzvlərindən biri idi. Xan Bayram xan Baharlının havadarlarından biri olmuş, Moğol məhkəməsində mühüm rəsmi şəxslərdən biri kimi çıxış etmişdir. O, Əkbər şahın hakimiyyətinin ilk illərində bir dəfə imperiyanın regenti olmuşdur. Şahqulunun Bayram Xan ilə olan əlaqəsi ona Moğol məhkəməsi ilə çoxlu sayda lütf qazandırmağa imkan vermişdi.[1]

1550-ci illərdə Moğollar ilə Sur İmperiyası arasında bir sıra hərbi münaqişələr baş vermişdir.[1] Şahqulu xan müharibə zamanı Moğol ordusuna rəhbərlik etmiş və döyüşlər zamanı öz hərbi şücaəti ilə fərqlənmişdir. 1556-cı ildə baş vermiş İkinci Panipat döyüşündə o, Sur imperiyasının hökmdarı olan Hemunu ağır yaralamışdır. Döyüş Moğol imperiyası üçün həlledici qələbələrdən biri sayılırdı. İmperator Əkbər qələbədə böyük rolu olan Şahqulunun xidmətini yüksək qiymətləndirmiş, ona var-dövlət, titul və torpaq bağışlamışdır.[1][2]

1570-ci illərdə Şahqulu xan Moğol İmperiyasının Narnauldakı qubernatoru təyin olunmuşdur.[2] Qubernator kimi Şahqulu ərazi üçün kütləvi tikinti proqramı hazırlamışdır. Onun ilk böyük layihəsi öz şərəfinə inşa etdirdiyi məqbərə olmuşdur. Moğol memarlıq üslubunun ən gözəl incilərindən[1] biri sayılan məqbərə 1774 və 1775-ci illər[1] aralığında inşa edilmişdir. Məqbərə "şəxsi mülk" olduğu üçün Hindistanın digər ərazilərində inşa edilən layihələrdən tamamilə fərqlənirdi. Məqbərə Şahqulunun əmlakının bir hissəsi olan bağda salınmışdır. Xanın layihələri haqqında məlumat müasir Moğol kitabələrində öz əksini yetərincə tapmışdır.[1]

Məqbərinin tikintisi on beş il müddətinə başa çatmışdır. Bundan sonra Şahqulu xan özü üçün Narnaulda yeni saray inşa etdirmək qərarına gəlmişdir. Tikiləcək olan bu saray Cal Mahal adı altında məşhurlaşacaq idi.[2] Saray süni gölün ortasında inşa edilmiş, rəsm və naxışlarla bəzədilmişdir. Xanın Hemu üzərində qırx ilə əvvəlki məşhur qələbəsindən bəhs edən yazılar da sarayda saxlanılır.[1]

Ölümündən sonra Şahqulu xan (öz səxavətliliyi ilə tanınırdı) öz sərvətinin böyük bir hissəsini saraya bağışlatmağı əmr etmişdir. Onun mirasının davamçısı isə olmamışdır.[1]

  1. 1 2 3 4 5 6 7 8 ASHER, CATHERINE; Asher, Catherine B.; Asher, Catherine B. Architecture of Mughal India (ingilis). Cambridge University Press. 1992-09-24. ISBN 9780521267281. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
  2. 1 2 3 Aexander Mikaberidze, (2011). Conflict and Conquest in the Islamic World a Historical Encyclopedia. Santa Barbara: ABC-CLIO. p. 707. ISBN 9781598843378.