Şahzadə Bonnibel Saqqız (həmçinin Bonni, PB və P-bubs kimi bilinir)[4][5][6] — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının personajlarından biri. Hynden Walch tərəfindən səsləndirilmişdir.
Şahzadə Saqqız konfet insanların yaşadığı Konfet Krallığını idarə edir. O, serialın baş qəhrəmanları Finn və Ceyk ilə yaxın dostdur və ilk dəfə serialın 2008-ci ildəki pilot epizodunda görünüb. Bonni LGBT cəmiyyətinin üzvüdür, serialın "Come Along with Me" adlı final epizodunda o, Marselin ilə öpüşərək bunu təsdiqləmişdir.[7] Onun seksuallığı məlum olmasa da, onun lezbiyan, biseksual, queer və ya non-binar ola biləcəyi güman edilir.[8][9]
Saqqız çox mədəni və qayğıkeşdir, o, doğru olanı etməyə inanır. Ancaq kimsə onu əsəbləşdirsə, o, istəmədən pis tərəfini göstərə bilər. O, inanılmaz dərəcədə ağıllı və istedadlıdır, Konfet insanları yaratmış, həmçinin zaman maşını daxil olmaqla müxtəlif ixtiralara imza atmışdır. Almanca və Koreya dilində sərbəst şəkildə danışmağı bacarır. Rəfiqəsi Lady Rainicorn ilə məhz koreya dilində danışır. Saqqız sehrin mümkün olduğuna inanmır və bunun sadəcə möcüzəli görünən elmi metodlar olduğunu düşünür.
Saqqız Konfet insanları çox sevir və onların hər zaman qayğısına qalır. Bəzən onlara liderlik etmək onu çox yorur və o, məsuliyyətdən uzaqlaşmağı, özünə daha çox vaxt ayırmağı arzulayır.