Macəra zamanı

Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir.[5] Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert(en) və Vorddan cizgi serial çəkməyi xahiş etdi.[6][7]

Macəra zamanı
ing. Adventure Time
Janr fantaziya teleserialı[d], Absurd
Prodüser
Yaradıcı Pendlton Vord
Ssenarist
Rolları səsləndirənlər Ceremi Şeda[d], Con Di Macio, Hinden Volş[d], Tom Kenni, Oliviya Olson[d], Pendlton Vord
Başlanğıc mövzusu Pendlton Vordun ifasında "Adventure Time"
Sonluq mövzusu Eşli Erikssonun ifasında "Island Song (Come Along With Me)"
Studiya Frederator Studios
Cartoon Network Studios
Ölkə
Dil ingilis dili[1], İsveç dili[2], Koreya dili[3], alman dili[4]
Mövsümlərin sayı 10
Seriyaların sayı 283
Seriyanın müddəti 11 dəq.
Telekanal Cartoon Network
Nümayiş 5 aprel 2010 – 3 sentyabr 2018
IMDb ID1305826
Rəsmi saytı

Cizgi serial, Dungeons & Dragons(en) adlı fentezi videooyunları da daxil olmaqla müxtəlif mənbələrdən ilham alaraq hazırlanmışdır.[8] İlk seriyaları əl ilə çəkilmiş animasiyalardan istifadə olunaraq hazırlanmışdır. Lakin bu proses əziyyətli olmuş və bir seriyanın hazırlanması təxminən 8–9 ay tələb etmişdir. Daha sonradan yenilənmiş texnologiyalar vasitəsilə hər biri 11 dəqiqə olan yeni seriyalar hazırlanmışdır.[9][9][10] Cartoon Network telekanalı 29 sentyabr 2016-cı ildə cizgi serialın onuncu mövsümünün yayımlanmasından sonra 2018-ci ildə başa çatacağını elan etmişdir. Serialın finalı 3 sentyabr 2018-ci ildə yayımlanmış və 44 dəqiqə çəkmişdir.[11]

Cizgi serialı Cartoon Network telekanalının reytinq qazanmasında mühüm rolu olmuşdur. Seralın bəzi seriyaları üç milyondan çox izləyici qazanmağı bacarmışdır.[12][13] Serial ilk növbədə uşaqlar üçün nəzərdə tutulda da, gənclər və böyüklər tərəfindən də maraqla izlənmişdir.[14] Serial tənqidçilərdən müsbət rəylər almış və bir çox mükafatlar qazanmışdır.[15][16] Cizgi serial əsasında bir çox kitab, videooyun, oyuncaq və geyimlər də buraxılmışdır.

Məzmun[redaktə | mənbəni redaktə et]

"Macəra zamanı" insan Finn və onun ögey qardaşı it Ceykin macəralarından bəhs edir.[17][18] Onlar post-apokaliptik dünya olan Ooo-da yaşayırlar. İllər öncə baş vermiş nüvə müharibəsindən sonra planetin yalnız üçdə ikisi sağ qalmış və dünyaya müxtəlif sehirlər və mutasiyalar yayılmışdır.[19] İkisi dostları Şahzadə Saqqızın idarə etdiyi Konfet Krallığının yaxınlığında yerləşən ağac evində məskunlaşıblar.[20][21] Onlar evdə robot oyun konsolu BMO ilə birlikdə yaşayırlar. Bir çox epizodda ikisi şahzadələri oğurlayan sehrbaz Buz Kralını dayandırmalı olurlar. Finn və Ceykin min yaşı olan rok həvəskarı, vampir kraliçası Marselin adlı dostu da var. Serialın əksər epizodlarında Finn və Ceyk digər insanlara yardım edir və pis niyyətli varlıqlarla mübarizə aparırlar.[22]

Personajlar[redaktə | mənbəni redaktə et]

  • İnsan Finn (ing. Finn the Human) — macəra axtarmağı sevən və günü qurtarmaqdan başqa heç nə istəməyən gənc oğlan. Ən yaxşı dostu Ceykdir. Arxasında yaşıl çanta daşıyır və mavi paltar, ağ şapka, mavi şort və qara ayaqqabı geyinir. Saçları uzun və qızıl rənglidir. Körpə ikən meşəyə tərk edilib və Ceykin valideynləri, Coşua və Marqaret tərəfindən övladığa götürülüb, böyüdülmüşdür. Özünü qəhrəman hesab edir, həyatını şər qüvvələrlə mübarizə aparmağa və insanlara daim kömək etməyə həsr etmişdir. Çalışqan, cəsur və ağıllı bir uşaqdır.
  • İt Ceyk (ing. Jake the Dog) — "sehrli it ili" ilə 28 yaşı olan buldoq tipli bir it. Finnin ögey qardaşı və ən yaxşı dostudur. Bədənini istənilən formaya salmaq qabiliyyətinə malikdir. Ceykin koreya dilində danışan Lady Rainicorn adlı sevgilisi və onunla sahib olduğu beş övladı var. Alt çalmağı bacarır, olduqca tənbəldir və bəzən işlərini bədəninin köməkliyi vasitəsilə uzanaraq həyata keçirir.
  • Buz Kralı (ing. Ice King) — 1043 yaşlı Buz Krallığının hökmdarı. Tez-tez Ooo dünyasının şahzadələrini qaçırır və onlarla evlənməyə çalışır. Başına qoyduğu tac ona sehrli güclər verməklə yanaşı, həm də onun başının xarab olmasına gətirib çıxarmışdır. Serialın "Holly Jolly Secrets" adlı epizodunda onun bir vaxtlar Saymon Petrikov adlı antik əşyalar toplayan normal insan olduğu və taca sahib olduqdan sonra bu günə düşdüyü məlum olur.
  • Şahzadə Saqqız (ing. Princess Bubblegum) — Konfet Krallığının hökmdarı. 827 yaşı olmasına baxmayaraq mutasiya köməyilə 19 yaşında görünür. Son dərəcə ağıllı, cəsur və istedadlıdır. Daim digər insanları izləyir. Alman dilində danışa bilir. Vampir kraliçası Marselinin sevgilisidir.
  • Göy qurşağı atı (ing. Lady Rainicorn) — göy qurşağıunikorn qarışığı olan məxluqdur. Ceykin sevgilisi, Şahzadə Babblqamın isə ən yaxşı dostudur. Uça bilir, insanları və əşyaları istənilən rəngə çevirməyi bacarır. Yalnız koreya dilində danışa bilir.
  • Marselin (ing. Marceline) — insan və şeytan qarışığı vampir. Min ildən çox həyat sürüb və hələ də gənc olaraq qalıb. Musiqini çox sevir, tez-tez çaldığı balta formasında gitarası var. Qidalanma ehtiyacını qırmızı rəngli yeməklər ilə qarşılayır. Gün işığı dərisini zədələyir və qəzəblənəndə nəhəng bir məxluqa çevrilir. Atası Geceosfera adlı yeraltı dünyanın hökmdarıdır.
  • BMO (ing. BMO) — Finn və Ceyk ilə birlikdə yaşayan oyun konsoludur. Qadın tərəfindən səsləndirilsə də onun cinsi yoxdur. BMO koreya aksenti ilə danışır.

Mövsümlər[redaktə | mənbəni redaktə et]

Hər Macəra zamanı seriyası təxminən on bir dəqiqə çəkir və telekanalda adətən hər buraxılışda 2 seriya nümayiş olunur.[23] İlk mövsümün rəsmi debütündən əvvəl Cartoon Network cizgi-serial haqqında bir neçə görüntü təqdim etmişdir.[24][25][26] Rəsmi olaraq 5 aprel 2010-cu ildə cizgi-serialın debütü həyata keçirilmişdir.[27][28]

Mövsüm Sezon Seriya sayı Yayım tarixi
Premyera Final
Pilot 22 yanvar 2007
1 26 5 aprel 2010 27 sentyabr 2010
2 26 11 oktyabr 2010 9 may 2011
3 26 11 iyul 2011 13 fevral 2012
4 26 2 aprel 2012 22 oktyabr 2012
5 1 26 12 noyabr 2012 1 iyul 2013
2 26 15 iyul 2013 17 mart 2014
6 43 21 aprel 2014 5 iyun 2015
7 1 5 2 noyabr 2015 6 noyabr 2015
"Kolya" 8 16 noyabr 2015 19 noyabr 2015
2 26 3 dekabr 2015 19 noyabr 2016
8 14 23 yanvar 2017 2 fevral 2017
9 14 21 aprel 2017 21 iyul 2017
10 16 17 sentyabr 2017 3 sentyabr 2018
Xüsusi buraxılış 20 iyul 2018

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 fernsehserien.de (alm.).
  2. Mysterious Island (ing.). 2017.
  3. Adventure Time (ing.).
  4. What Have You Done? (ing.). 2010.
  5. "Adventure Time | Characters". Cartoon Network. 24 mart 2017 tarixində arxivləşdirilib.
  6. "'The Enchiridion' Storyboards". Frederator Studios. 22 aprel 2010. 5 avqust 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2017.
  7. Clark, Noelene. "'Adventure Time': Post-Apocalyptic 'Candyland' Attracts Adult Fans". Los Angeles Times. 14 noyabr 2012. 11 iyun 2016 tarixində arxivləşdirilib.
  8. Bustillos, Maria. "It's Adventure Time". The Awl. 15 aprel 2014. 3 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2014.
  9. 1 2 Seibert, Fred. "From Another Era, it Seems Like". Frederator. 9 oktyabr 2012.[ölü keçid] Alt URL Arxivləşdirilib 2014-06-23 at the Wayback Machine
  10. McDonnell, Chris. Adventure Time: The Art of Ooo. New York: Abrams Books. 2014. səh. 24. ISBN 978-1-4197-0450-5. In the early morning hours of Wednesday, January 11, 2007, Nicktoons network slipped Adventure Time on air in accordance with SAG's requirements.
  11. "Time for Some Adventure with Pendleton Ward". Animation World Network (ingilis). 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2020.
  12. Feeney, Nolan. "The Weird World of Adventure Time Comes Full Circle". Time. 29 mart 2013. 15 fevral 2017 tarixində arxivləşdirilib.
  13. Leichliter, Larry, Hugo Morales, & Pendleton Ward (directors); Pendleton Ward (storyboard artist). Adventure Time // Random! Cartoons. 1 sezon. 2b epizod. 7 dekabr 2008. Nicktoons.
  14. Brown, Tracy. "Exclusive 'Adventure Time's' Ice King Is Getting His Own Comic Book Series". Los Angeles Times. 16 oktyabr 2015. 7 mart 2016 tarixində arxivləşdirilib.
  15. Pitts, Lan. "Adventure Time Goes 'Freaky Friday' in Boom!'s Flip Side Mini-series". Newsarama. 2 yanvar 2014. 3 mart 2016 tarixində arxivləşdirilib.
  16. Osborne, Kent. Adventure Time: Banana Guard Academy. Los Angeles: KaBoom! Studios. 2015. ISBN 978-1-60886-486-7.
  17. Goellner, Caleb. "'Adventure Time' Comic Series Coming From Boom! in February". Comics Alliance. 19 noyabr 2011. 10 may 2013 tarixində arxivləşdirilib.
  18. Goldstein, Rich. "This Is How an Episode of Cartoon Network's 'Adventure Time' Is Made". The Daily Beast. 19 dekabr 2013. 4 mart 2016 tarixində arxivləşdirilib.
  19. Burlingame, Russ. "It's Adventure Time at Boom! in February". Comicbook.com. 27 dekabr 2011. 3 mart 2016 tarixində arxivləşdirilib.
  20. Rynda, Phil [philrynda]. "Adventure Time is animated on paper, then digitally composited. RT @achidente: @philrynda What animation software is used on Adventure Time?" (Tweet). 14 oktyabr 2014. 14 oktyabr 2014 tarixində arxivləşdirilib.
  21. Rynda, Phil [philrynda]. "Preproduction uses a lot of photoshop. RT @achidente: @philrynda What animation software is currently used for Adventure Time?" (Tweet). 14 oktyabr 2014. 6 dekabr 2015 tarixində arxivləşdirilib.
  22. "Series: Adventure Time: Candy Capers". KaBoom! Studios. 25 fevral 2017 tarixində arxivləşdirilib.
  23. Seibert, Fred. "Tell Us What You Think". Frederator. 28 sentyabr 2010. 27 mart 2016 tarixində arxivləşdirilib.
  24. Staff writers. "Cartoon Network Unveils Upfront Slate For 2015[[:Şablon:En dash]]2016". Deadline Hollywood. 19 fevral 2015. 19 fevral 2015 tarixində arxivləşdirilib.
  25. "Adventure Time Islands Is a New Mini-Series Event Debuting this January". The Slanted. 12 dekabr 2016. 14 dekabr 2016 tarixində orijinalından arxivləşdirilib.
  26. Alexander, Julie. "Cartoon Network to Debut New Adventure Time Miniseries, Six New Shows This Year". Polygon. 30 mart 2017. 1 aprel 2017 tarixində arxivləşdirilib.
  27. Homan, Eric. "'Business Time' Sneak Preview Tonight". Frederator. 11 mart 2010. 3 mart 2016 tarixində orijinalından arxivləşdirilib.
  28. Homan, Eric. "Get 'Evicted' Tonight". Frederator. 18 mart 2010. 6 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]