Şaiq Mirzəyev

Mirzəyev Şaiq Səyyad oğlu Hüquq elmləri üzrə fəlsəfə doktorudur və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Şaiq Mirzəyev Səyyad oğlu
Doğum tarixi 2 avqust 1976-cı il
Doğum yeri Ağsu rayonu
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
Elmi dərəcəsi Hüquq elmləri üzrə fəlsəfə doktoru

2 avqust 1976–ci ildə Ağsu rayonunda anadan olmuşdur. Ailəlidir. 2 övladı var.


Şaiq Mirzəyev 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə həmin universitetin Mülki hüquq üzrə magistratura pilləsini bitirmiş, 2007-ci ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının İxtisas Komissiyasının üzvüdür. Bundan başqa, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Londonda Direktorlar İnstitutunun üzvüdür. 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2019-cu ildən etibarən təsis etdiyi “Mirzayev and Partners Legal Firm” adlı hüquq şirkətini təsis edib və ona rəhbərlik edir. Hüquq şirkəti əsasən sahibkarlığa dəstək olaraq hüququn ayrı-ayrı sahələri üzrə xidmət göstərir. Şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkün, habelə aztəminatlı ailələrə hüquqi xidmətlər pulsuzdur. Bununla əlaqədar olaraq, Bakı şəhərində və regionlarda pulsuz hüquqi xidmətlər göstərilir. www.m-p.az[1]

2019-cu ildə “e-huquq” informasiya portalı yaradılmışdır. “www.e-huquq.az” portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə, ədliyyə, vəkillik, mediasiya və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir. Saytın əsas məqsədi ölkədə baş verən hüquqi məsələlərə dair informasiyanın verilməsi, vətəndaşların hüquqi maarifləndirilməsi, hüquq-mühafizə və digər inzibati dövlət orqanlarının fəaliyyətinin işıqlandırılması, məhkəmə və hüquq sistemində islahatların aparılmasına dair məlumatlandırılma, cəmiyyətin hüquqi maariflənməsi istiqamətində məqalə, reportaj və müsahibələrin dərc edilməsi, Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərlərin operativ şəkildə oxuculara təqdim olunmasından ibarətdir. Həmçinin, portalda ictima-siyasi mövzularla bağlı məqalələr və yazılar verilir.  

“Xalq" qəzeti”, “Respublika” qəzeti, o cümlədən, digər qəzet və jurnallarda dövlət əhəmiyyətli tədbirlərlə bağlı və ölkədə baş verən ictimai-siyasi hadisələrə dair bir çox məqalələri dərc edilib.

“e-huquq” əksər dövlət qurumları, qeyri-hökumət və özəl təşkilatları ilə əməkdaşlıq edir. “www.e-huquq.az”ın “Hüquq bələdçisi”, “Mediasiya saatı”, “Sahibkar baxışı” adlı verilişləri isə vətəndaşlar tərəfindən xüsusi maraqla qarşılanır. “e-huquq” hüquq cəmiyyəsində özünəməxsus yer tutub və bütün hüquqi məsələlərə dair xəbərlər, həmçinin ictimai-siyasi mövzularla bağlı məlumatlar maraqla oxunulur və izlənilir. Dövlətin təşkil etdiyi tədbirlərdə (idman, ictimai, sosial və s.) “e-huquq” portalı üzərində “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin hüquqşünasları və vəkilləri aktiv fəaliyyət göstərirlər.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şaiq Mirzəyev səmərəli fəaliyyəti nəticəsində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən AzərbaycanUkrayna vətəndaşlarının hüquqlarının qorunmasında xidmətlərinə görə "Ədalət" ordeni”, Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, Rusiya Vəkillər Gildiyasının prezidenti, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, hüquq elmləri doktoru, vəkillik və notariat kafedrasının professoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası Həsən Mirzəyev tərəfindən “Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” medalı və fəxri döş nişanı;

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 04.11.2021-ci il tarixli qərarı ilə “Azərbaycan Vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı ilə təltif edilmişdir.

  1. "Mirzayev&Partners Legal Firm". m-p.az. 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.

2 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi saytı[1]

  1. "Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi saytı".