Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu – 6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü[1]
Şaiq Vəli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | şair |
Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub[2].
Şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib[3].
O, 1990–1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib[4].
Azərbaycan Yazıçılar Birliyinin üzvü[1] olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub[5].
1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk etmişdir[4].
Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib[2].
Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmişdir. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb. Nəticə etibarilə yazarın ailəsi dağlıb. Bundan sonra ikinci dəfə evlənən Ş. Vəlinin üç övladı olub və yeni ailəsində doğulan uşaqlara əvvəlki uşaqlarının adlarını qoyub[4].
Şaiq Vəlinin ilk şeirlər kitabı çap prosesindədir, – şair öz kitabını görmədən həyata vida etdi… Onun kitabının belə gec çapa hazırlanması da, şeirə-sənətə sərt ölçülərlə yanaşmasından, kitab çıxarmağa tələsməməsindən qaynaqlanırdı[3].