Şair Alxasov

Şair Balaşərif oğlu Alxasov (1958, Çətgün, Qusar rayonu) — Qusar Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Şair Alxasov
bayraq
Qusar Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
18 dekabr 2007 – 31 may 2024
ƏvvəlkiZöhrab Pirimov
SonrakıSahir Məmmədxanov
Şəxsi məlumatlar
Doğum tarixi 1958
Doğum yeri
Təhsili

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018

Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2024-cü il tarixli Sərəncamına əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[1][2]

  1. "Qusarın icra başçısı vəzifəsindən azad edilib". Apa.az (az.). 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-31.
  2. "Ş.B.Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-06-10.