Sultanhəmid Şahmərdan oğlu Hacıbalayev (3 yanvar 1937, Həzrə, Hil rayonu – 3 yanvar 2009) — Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi.
Sultanhəmid Hacıbalayev | |
---|---|
1970 – 1987 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 yanvar 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 2009 (72 yaşında) |
Dəfn yeri | |
Təhsili |
Sultanhəmid Hacıbalayev 3 yanvar 1937-ci ildə tarixində Həzrə kəndində kəndli ailəsində anadan olmuşdur, milliyətcə ləzgidir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbini bitirmişdir.
O, 3 yanvar 2009-cu il tarixində vəfat etmişdir.
1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
1957–1965-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin mühəndis-iqtisadçısı, Naxçıvan MSSR yerli sənaye nazirinin müavini, 1965–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsi sədrinin müavini, Xalq Nəzarəti Komitəsinin sədr müavini vəzifələrində işləmişdir.
1970–1987 ci illərdə Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
VIII çağırış Azərbaycan SSR Ali Sovetinin səhiyyə və ictimai təminat komissiyasının və Azərbaycan Kommunist Partiyası təftiş komissiyasının üzvü olmuşdur.