Şaken Aymanov

Şaken Aymanov (Tam adı: Şaken Kenjetayeviç Aymanov (qaz. Шәкен Кенжетайұлы Айманов); 2 (15) fevral 1914, Bayanaul[d]23 dekabr 1970, Moskva) — Qazaxıstan-sovet aktyoru, teatr və kino rejissoru[1]. SSRİ xalq artisti (1959)[1]. Qazaxıstan kinosunun atası hesab edilirdi[2][3].

Şaken Aymanov
qaz. Шәкен Кенжетайұлы Айманов
2014-cü ildə buraxılmış Qazaxıstan poçt markası.
2014-cü ildə buraxılmış Qazaxıstan poçt markası.
Doğum tarixi
Doğum yeri Pavlodar vilayəti, Bayanaul kəndi
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Moskva, Rusiya SFSR, SSRİ
Vəfat səbəbi nəqliyyatın insan üzərindən keçməsi[d]
Dəfn yeri
  • Almatı Mərkəzi qəbiristanlığı[d]
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1954-cü ildən
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ xalq artisti People's Artist of Kazakh SSR "Stalin" mükafatı
IMDb ID0015004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

15 fevral 1914-cu ildə Pavlodar vilayətinin Bayanaul kəndində anadan olmuşdur[1]. Ailəsi kəndli maldar idi.

Şakenin əsl adı Şahkərimdir (qaz. Шаһкерім)[4].

1928-ci ildə orta məktəbi bitirmişdir[5]. 1931-1933-cü illərdə Semipalatinsk şəhərində yerləşən Qazaxıstan Pedaqoji Texnikumunda təhsil almışdır.

1933-cü ildən Qazaxıstan Dram Teatrında aktyor, rejissor, 1947-1951-ci illərdə baş rejissor işləmişdir[1].

1940-cı ildən kino sahəsində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. Uzun müddət "Qazaxfilm" kinostudiyasının bədii rəhbəri olmuşdur[1].

1940-cı ildən Sov.İKP-nın üzvü idi.

Qazaxıstan SSR Ali Sovetinin 4 və 7-ci çağırışlarında deputat seçilmişdir.

O, 1963-cü ildə keçirilən III Moskva Beynəlxalq Film Festivalında münsiflər heyətinin üzvü olmuşdur[6].

23 dekabr 1970-ci ildə Moskva şəhərində vəfat etmişdir[1]. Almatı şəhərindəki Mərkəzi qəbiristanlıqda dəfn edilmişdir.

Şaken Aymanov SSRİ-nin və Qazaxıstan SSR-nin bir sıra dövlət mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır:

Tamaşalardakı rolları

[redaktə | mənbəni redaktə et]
  • M. Auezovun “Koblandı” tamaşasında "Koblandı";
  • M. Qorkinin “Həyatın dibində” tamaşasında "Satin";
  • A. N. Ostrovskinin “Tufan” tamaşasında "Tixon";
  • U. Şekspirin “Şıltaq qızın yumşalması” tamaşasında "Petruççio".

“Abayın mahnısı” (1946), “Cambul” (1953) və başqa filmlərə cəkilmişdir[1].

“Məhəbbət poeması” (1954), “Çöllər qızı” (1955), “Biz burada yaşayırıq” (1957), “Atamanın aqibəti” (1970) və digər filmlərin rejissorudur[1].

1974-cü ildə çəkilmiş "Şəkər Aymanov" sənədli filmi Şaken Aymanovun yaradıcılığına həsr olunmuşdur.

“Qazaxfilm” kinostudiyası 1984-cü ildən Şaken Aymanovun adını daşıyır[1]. "Qazaxıfilm" kinostudiyasının ərazisində onun mərmər büstü qoyulub. Film studiyasında Aymanovun muzey kabineti yaradılıb.

Alma-Ata şəhərində Şaken Aymanov adına küçə var.

Yaşadığı evə onun xatirə lövhəsi vurulmuşdur.

Pavlodarda onun adına kinostudiya var.

Alma-Ata şəhərində 2003-cü ildən 2014-cü ilədək illik "Şaken ulduzları" (qaz. Шәкен Жұлдыздары) adlı animasiya filmləri festivalı keçirilmişdir.

Şaken Aymanovun 100 illik yubileyi münasibətilə üzərində 2014-cü il yazılmış poçt markası miniatür[8] filateliya məhsulu kimi 12 yanvar 2015-ci ildə Qazaxıstan poçtu tərəfindən dövriyyəyə buraxılmışdır[9].

Qardaşı — Kauken Kenjetayev (1916—2008), müğənni, Kazak Opera və Balet Teatrının direktoru, Qazaxıstan SSR-nin xalq artisti (1959);

Oğlu — Murat Aymanov (1939—1993);

Qızı — Mayra Aymanov (1938—1993), opera müğənnisi, Asanali Aşimovun həyat yoldaşı idi.

  1. 1 2 3 4 5 6 7 8 9 AYMANOV Şaken Kenjetayeviç Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. Kazakh festival awards Iranian films. presstv.ir
  3. Faces of history: Shaken Aimanov. caspionet.kz
  4. "Рекомендательный библиографический указатель/Национальная библиотека РК". «Voxpopuli.kz». 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 февраля 2017.
  5. Жолдасбекұлы М., Салғараұлы Қ., Сейдімбек А. Айманов Шәкен // Елтұтқа. Ел тарихының әйгілі тұлғалары. — Астана: KÜL TEGIN, 2001. — С. 335-336. — 358 с. — ISBN 9965-441-26-X.
  6. "3rd Moscow International Film Festival (1963)". 2014-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  7. Архивная служба Павлодарской области :: Календарь памятных дат[ölü keçid]
  8. miniature sheet of 1[ölü keçid]
  9. "KZ002.15". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]