Şakir İsgəndərov (d. 1958, Oğuldərə, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — Qarabağ müharibəsi iştirakçısı.
Şakir İsgəndərov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Oğuldərə, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Şakir İsgəndərov 1958-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur.[1] O, 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlir və orada fəhlə işlədi.[1] 1977-1979-cu illərdə Rusiyanın Çita şəhərində hərbi xidmət keçdikdən sonra Bakıya qayıdır.[1] O, həmin illərdə zavodda fəhlə işləyirdi.[1]
1991-ci ildə Arif Paşayevin könüllülərdən ibarət batalyonuna qoşulmuşdur.[1] 1992-ci ilin fevral ayında Zabux dərəsi tərəfdə 29 və 30-cu postlarda xidmət etmişdir.[1] O, 1992-ci ilin martında könüllü kimi döyüşlərə gedəndə Azərbaycan bayrağı da götürmüşdü.[1] 1992-ci ilin may ayında Qubadlı rayonunun Muradxanlı kəndinə, oradan da Kəlbəcərdə, 1993-cü ilin martın axırlarında Pçanik kəndində ermənilərlə qarşı döyüşüb.[1] O, öz dəstəsi ilə 1993-cü ilin aprelin ortalarında Laçın rayonunun Oğuldərə kəndində Seyid Məmmədin qalası deyilən ərazidə məskunlaşıb və ermənilərin mühasirəsində qalmışdı.[1] İsgəndərovun üzərində kiçik Quran və Azərbaycan bayrağı var idi.[1]
İsgəndərov axşamlar kəndlərinə gedib, oradan yemək tapıb, gizləndiyi yerə gətirirdi.[1] Daha sonra, gecələr kəndlərdən yemək toplayıb, gündüzlər Seyid Məhəmməd deyilən yerə çəkiliridi.[1] 1993-cü ilin mayın 14-də ermənilər onların yerini bildikləri üçün, İsgəndərov 19 nəfərlik dəstəsi ilə oradan qaçmağı qərara aldılar.[1] Dəstənin dördü rus, qalanları azərbaycanlı idi.[1] 1993-cü ilin may ayının 20-də xeyli kolluqda gizləndikdən sonra ermənilər çıxıb getdilər. Dəstə Güləbird çayının qırağı ilə üzü Güləbird kəndi istiqamətinə gedirdilər.[1] Çayı o biri tərəfə keçmək lazım idi. Çay axını güclü olduğudan, çətinliklə də olsa çayı keçə bildilər.[1] 54 gün mühasirədə qalandan sonra, Azərbaycan postuna çatmışdılar.[1] 1993-cü ilin mayın 26-da Qubadlıda onların dəstəsini geniş sorğu-sual etdilər.[1]