Şakir Qasımov

Şakir Nəbi oğlu Qasımov — biologiya elmləri doktoru, dosent, AMEA Mərkəzi Nəbatat Bağının Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının müdiri

Şakir Qasımov
Şakir Nəbi oğlu Qasımov
Doğum tarixi (63 yaş)
Doğum yeri Minbaşılı, Cəbrayıl rayonu
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı  Azərbaycan
Elm sahəsi Botanika
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı dosent
İş yeri Mərkəzi Nəbatat Bağı Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının müdiri
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları AMEA-nın Fəxri Fərmanı

Həyatı[redaktə | mənbəni redaktə et]

Şakir Qasımov 25 dekabr 1959-cu ildə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuşdur.1966-cı ildə Cəbrayıl rayonunun Minbaşılı kənd orta məktəbinə daxil olmuş və oranı 1976-cı ildə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş və 1983-cü ildə biologiya kimya müəllimi üzrə qurtarmışdır. 1983-cü ilin sentyabr ayından təyinatla AMEA Botanika İnstitutunda işləməyə başlamışdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir, 2 övladı var.

Elmi Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1984-85-ci illərdə göndərişlə Ukraynada təhsili davam etdirmişdir. 1987-ci ildə AMEA Botanika İnstitutunda "Botanika" ixtisası üzrə aspiranturaya daxil olmuş və oranı 1990-cı ildə bitirmişdir. 1992-ci ildə dissertasiya işi müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-93-cü illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, 1993-cü ildən istixanaların müdiri, 1994-2004-cü illərdə böyül elmi işçi, 2004-2014-cü illərdə aparıcı elmi işçi, 2014-cü ildən isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə dosent elmi adı verilmişdir. Çoxillik məhsuldar elmi pedogoji xidmətləri nəzərə alınaraq AMEA Rəyasət Heyəti tərəfindən Fəxri Fərmanla Təltif edilmişdir. 2013-cü ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

AMEA Botanika İnstitutunun müdafiə seminarının üzvüdür.

Daxili ekoloji mühitin və interyerlərin abadlaşdırılmasında, bədii-memarlıq tərtibatında, istehsalatda əmək şəraitinin sağlamlaşdırılmasında tropik bitkilərin rolunu öyrənmiş, həmin bitkilərin Azərbaycanda örtülü şəraitdə biomorfoloji və bioekoloji xüsusiyyətlərinin və becərilmə aqrotexnikasının, çoxaldılmasının effektli üsullarının elmi-nəzəri və elmi-metodiki bazasını və onların praktiki istifadə yollarının elmi əsaslarını işləyib hazırlamışdır. Dünya florasının tropik və subtropik bölgələrindən introduksiya edilmiş bitkilərin Azərbaycanda örtülü şəraitdə ilk dəfə biomorfoloji və bioekoloji xüsusiyyətlərini, böyümə və inkişaf biologiyasını, virginil və generativ dövrlərdə morfogenezini, çiçəkləmə və meyvəvermə biologiyasını öyrənmiş, öyrənilən növlərin klon mikroçoxaldılması metodunu təkmilləşdirmiş və tropik və subtropik bitkilərin becərilməsi üçün Azərbaycanın aqrar sektorunda əmələ gələn bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız” texnologiya prinsipinə əsaslanan subustrat əvəzləyicisinin kompleks metodunu işləyib hazırlamışdır. Bütün bunlar ilk dəfə əldə edilən və elmi yenilik daşıyan mühüm məlumatlardır və onların əldə edilməsi müəllifin şəxsi tədqiqatlarının nəticəsidir.

Qasımovun elmi rəhbərliyi altında 3 dissertasiya işi müdəfiə edilmişdir. Hazırda 4 doktorantın dissertasiya işinə rəhbərlik edir.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 110, onlardan xaricdə çıxmış elmi əsərlərinin sayı 46-dür.

  1. Bitki tullantılarından səmərəli istifadənin kompleks metodu. “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” (MNB-nın əsərləri), Bakı, 2005, V cild, s. 99-112.
  2. Bromeliaceae Juss. fəsiləsi növlərinin introduksiyasının yekunları. Mərkəzi Nəbatat Bağının əsərləri, Bakı “Elm”, 2007. VII cild, s. 66-77.
  3. Bitkilərin introduksiyası və akklimatizasiyasının bəzi metodoloji məsələləri haqqında. (Ədəbiyyat icmalı) Botaniklər cəmiyyətinin elmi əsərləri, 2010, cild I, səh. 397-408.
  4. Биология развития некоторых видов семейства Бромелиевые (Bromeliaceae Juss.) Вiсник Киiвського Нацiонального Унiверситету iмен Тараса Шевченка «İнтродукцiя та збереження рослинного рiзноманiття. №19-21, 2009, с.76-78.
  5. Ксилотрофные грибы как активные деструкторы растительных отходов. Вестник Московского Государственного Областного Университета , Серия «Естественные науки», Москва, 2009, №1, с. 109-112.
  6. Экологические основы интродукции субтропических растений на Апшероне. Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», М.: Издательство МГОУ, 2009, №3, с. 80-83.
  7. Биоморфологические особенности некоторых видов Bromeliaceae Juss. при культуре в закрытом грунте. Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», Москва, 2010, №3, с. 42-47.
  8. Цикл развития и этапы органогенеза монокарпических бромелиевых (Bromeliaceae Juss.). Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», М.: Изд-во МГОУ, 2010, №4, c. 48-51.
  9. Монокарпические виды семейства бромелиевых (Bromeliaceae Juss.) в открытом озеленении сухих субтропиков. Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», М.: Изд-во МГОУ, 2011, №1, с. 11-12.
  10. Tropik və subtropik bitkilərin becərilməsi üçün qeyri-ənənəvi subustrat. AMEA-nın Mikrobiologiya institutunun elmi əsərləri, 2011, cild IX, №2, s. 92-99.
  11. Биология ювенильного развития видов рода Yucca L. при культуре на Апшероне. Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», М.: Изд-во МГОУ, 2011, №4, с. 58-61.
  12. Effects of gibberellic acid (GA3) and indole-3-acedic Acid (IAA) on flowering, stalk Elongation and Bulb Characteristics of Gladiolus [Gladiolus grandifolium var. with prosperity]. Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», М.: Изд-во МГОУ, 2012, №3, с. 43-45.
  13. Agave L. cinsinin yuvenil bitkilərinin morfogenezi. AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri), 2012, cild 67, №3, s. 38-42.
  14. Study on floristic, life form and plant chorology of wetlands in northern and eastern slopes of Sabalan mountains. Journal of Taksonomy and Biosystematics, Iran-Published by University of Isfahan Research Center, 2012, №10, pp. 41–51.
  15. Морфогенез ювенильных растений некоторых видов лука (Allium L.) интродуцированных из природной флоры Нахчыванской АР на Апшероне. Вестник Московского Государственного Областного Университета, Серия «Естественные науки», М.: Изд-во МГОУ, 2013, №2, с. 45-48.
  16. Ordination of Ecological species group in relation to environmental varibles in the northern and eastern slopes of Sabalan mountains. Natural Environment, Natural Resources Journal, Iran., 2013, 66 (1): 37-48.
  17. Kafkasya florasında yetişen bazi bitkilerin ortama uyumları sırasında geçirmiş oldukları bazi morfolojik değişiklikler. XVI Ulusal biyoloji kongresi, Türkiye, Malatya, 2002. s. 76.
  18. Bazi tropical bitkilerin klonal çoğaldılması. XVII Ulusal biyoloji kongresi.Türkiye, Adana, 2004. s.7.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]