Turpəng

Turpəng (lat. Barbarea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Turpəng
Elmi təsnifat
Beynəlxalq elmi adı

Turpəng toxumlarında 33-42% yarımquruyan yağ (yod ədədi 110-111) vardır. Bu yağ xüsusiyyətlərinə görə raps yağına yaxındır. Amma tərkibindəki eruk turşusu onun qidalılıq dəyərini azaldır. Qida məqsədilə saflaşdırılmış yağı və ya tərkibində eruk turşusu az olan sortlardan alınan yağlar istifadə edilir. Belə yağlar yüksək dad keyfiyyətinə malik olurlar. Turpəng yağı sənayenin müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə edilir. Ondan sabunbişirmədə, lak - boyaq sahəsində metallurgiyada və başqa sahələrdə istifadə olunur.

Jmıxın tərkibində 40 % -ə qədər tam keyfiyyətli zülal vardır ki, bu da heyvandarlıqda yaxşı konsentrat yem kimi istifadə olunur. Bujmıxla heyvanları kiçik dozalarda yemləyirlər. Çünki, onun tərkibində heyvan orqanizmi üçün zərərli olan qlükozidlər vardır. Yem məqsədilə turpəngin yaşıl kütləsi istifadə edilir. Yaxşı balverən bitkidir. Toxumu asan töküldüyünə görə tarlada çoxlu cücərtilər əmələ gətirir. Ona görə də yaxşı sələf bitkisi hesab olunur. Lakin alaqlara qarşı yüksək və müasir aqrotexniki qaydalarla mübarizə aparılarsa turpəng yazlıq tarla bitkiləri üçün sələf ola bilər.[3]

Tarixi, yayılması, məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]

Turpəng bütün yer kürəsində yayılmış alaq bitkisi formasından mədəni hala keçirilmişdir. Turpəng Əfqanıstanda, Pakistanda, qərbi Çində, İrandaTürkiyədə qədimdən məlum idi. Rusiyada turpəngi XIX əsrdə səpməyə başlamışlar. Hazırda onu Ukraynada, Zaqafqaziyada və bir neçə başqa regionlarda becərirlər.

Onu Sibirdə,Qazaxıstanda, Belorusda və Rusiyanın Şimal hissəsində də becərmək olar. Turpəngin orta toxum məhsuldarlığı 1,2-1,8 ton/ha, toxumçuluq təsərrüfatlarında isə 2,0-2,5 ton/ha-dır.

  1. Al-Shehbaz I. A. A generic and tribal synopsis of the Brassicaceae (Cruciferae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2012. Vol. 61, Iss. 5. P. 938. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175
  2. Ayton U., Broun R., Dryander J. C., Eyton U. T. Hortus Kewensis: or, A catalogue of the plants cultivated in the Royal Botanic Garden at Kew. The second edition / enlarged by William Townsend Aiton. London: Longman, Hurst, Rees, Orme, and Brown. doi:10.5962/BHL.TITLE.105339
  3. H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016