Şalğamturş

Turnip 2622027

Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi əhalisinin, xüsusən bölgədə yaşayan talışların öynəsində içkilərdən “şit”-süd, “mos”- qatıq, “ayran”- du, “avdux”- yəni qatıqla suyun qarışdırılmasından hazırlanan içki[1], “şərbətlər”- üzüm və ya başqa məhsullardan hazırlanan şirələr [2] “şəlem tırş” və. sairləri mühüm yer tutur.

Bumlardan ag turpa oxşar şalğam bitkisindən hazırlanan içki payız və qış fəsillərində daha önəmlidir. Spirtli içkilərə bölgə əhalisi arasında yer olmamış və bu cur içkilər əsasən XX əsrdən məişətə daxil olmuşdur. Yuxarıda adı qeyd olunan “şəlimtırş” içkisi bu gündə bölgə əhalisinə məxsus içki kimi spesifikliyini saxlayır.[3]

“Şəlemtırş” (Şalğamturş) bəhs olunan bölgə əhalisinin ənənəvi içkisi olmaqla əsasən ərazinin ovalıq hissəsi üçün xarakterikdir və qış mövsümündə hazırlanıb istifadə olunan içkidir [4]. Bu içki soyuq və ilıq halda içilməsinə baxmayaraq bədənə quruluq və istilik gətirməklə yanaşı yüksək təzyiqli insanların təzyiqinin normallaşmasına müsbət təsir edir.[3]

İçkinin effektli olması üçün onun hazırlanması qaydalarına tam riayət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Şəlemtırş hazırlanarkən şalğam bitkisi (şalğam ağ turpa oxşayır, lakin ağ turp deyil və çiy halda yeyilmir) yuyulub təmizləndikdən sonra yarpaqları ayrıca doğranılıb vam odda müəyyən miqdar suyun içərisində qaynadılır. Sonra isə şalğamın kök hissəsinin yumrusu doğranılıb yarpaqları kimi ayrıca qaynadılır. Yumrudan ayrılmış kök (rişə) isə taxta tabaqda daş ilə döyülüb üstünə müəyyən qədər duz əlavə edildikdən sonra ayrıca qabda üzərinə ilıq qaynar su töküb qabın qapağı kip bağlanılmaqla yun parça ilə bükülüb bir neçə saat saxlanılır. Beləliklə, “Şəlemtırş” üçün maya hazırlanılmış olur. Bundan sonra qaynadılmış kök və yarpaqlar sudan çıxarılıb ayrıca qaba yığılır. Kök və yarpaqların qaynadılmış suyunu duruldub onların üzərinə əlavə edirlər.[3] Rişələrdən hazırlanmış maya isə 3-4 saat bükülü halda saxlanıldıqdan sonra kök və yarpaqların üzərinə əlavə edilir və tərkibin olduğu qab yenidən yun parça ilə bükülüb 10-12 saat müddətində sərin havada saxlanılmaqla “Şəlemtırş” içkisi hazır olmuş olur [5].

Bu içki içilərkən içkinin içində olan kök və yarpaqlar da yeyilir. İçki içilərkən nəfəs aldıqda insanın burnunu göynədir. Bu halda şəlemtırşın daha yaxşı hazırlandığı aydınlaşır. Bədənində soyuqluq və rütübət olan şəxslərin burunbogazı daha çox göynəmiş olur. Bu hal həmin adamın sagalmaya dogru getdiyini aydınlaşdırır. Şəlemtırş içildikdə onun üzərinə müəyyən qədər heyva rübü əlavə olunur ki, burun göynədən acılığı nisbətən azalsın. İçkinin yüksək müalicəvi əhəmiyyəti bədəndən soyuqluğu, rütubəti çıxarmaqdır. Şəlemtırş içkisini soyuq havada 8-10 gün saxlamaq mümkün olur. Bu içki isti yerdə saxlanılarsa bir sutka ərzində qıcqırıb iylənmiş olur və istifadə üçün yararsızlaşır.Qırmızı və ağ turpdan fərqli olaraq şalğam çiy halda yeyilmir [6].

Qara ciyər şişməsi zamanı şalğam içkisindən isdifadə etməklə yanaşı onun kök hissəsini isti ocaq külündə bişirilir və hər gün səhər ac qarına bişmiş şalğam kütləsindən 20-30 qram qəbul edilir (yeyilir) [2].

Qış mövsümündə ağır yağlı xörəklər yeyilərkən şalğam içkisindən daha çox istifadə olunmuşdur. Bu içki iştaha açmaq, əsəbləri sakitləşdirmək, şəkərli diabet xəstəliyi üçün faydalı olmaqla yanaşı, mədə-bağırsaq yollarının, o cümlədən, qaraciyərin və dalağın təmizlənməsində də əhəmiyyətli rol oynayır.

Şalğamın sümük və dişləri möhkəmləndirmək, ürək-damar və göz xəstəlikləri, böyrək daşının parçalanması və bədənin immunitetini qaldırmaq üçün faydalılığı qeyd olunmuşdur. Bölgədə bu bitki mədəni formada bitməklə yanaşı həm də yabanı formada bitir. Çox maraqlıdır ki, turp kimi bu bitki də qış mövsümündə, hətta qar altında da inkişaf edir.[7]

Müqayisə üçün qeyd edək ki, bu içki Türkiyədə istifadə edilən və şalğam suyu adlandırılan içkidən tamamilə fərqli içkidir.

1. Kəlbiyev H. Azərbaycan Respublikası Cənub-şərq bölgəsi əhalisinin ənənəvi içkisi - şalğamturşun xalq təbabəində yeri (çöl etnoqrafik tədqiqatı)//Ali təhsildə keyfiyyətin təminatı mövzusunda LDU-da keçirilən Respublika Elmi Konfransının materialları (23-24 dekabr 2016-cı il), s.131-132

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

1. http://www.faydalarizararlari.com/salgamin-faydalari/

  1. Kəlbiyev H.A. Talışın maddi və mənəvi mədəniyyət dəyərləri. Bakı.2004
  2. 1 2 Mustafayev A. Şirvanın maddi mədəniyyəti. Bakı.1977
  3. 1 2 3 Kəlbiyev H. Azərbaycan Respublikası Cənub-şərq bölgəsi əhalisinin ənənəvi içkisi - şalğamturşun xalq təbabəində yeri (çöl etnoqrafik tədqiqatı)//Ali təhsildə keyfiyyətin təminatı mövzusunda LDU-da keçirilən Respublika Elmi Konfransının materialları (23-24 dekabr 2016-cı il), s.131-132
  4. Ağamalıyeva S.M. “Talış zonası əhalisinin ənənəvi yeməkləri və yemək mədəniyyəti”. AEA xəbərləri. N-1.1991
  5. Məhərrəmova S. XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin maddi mədəniyyəti və təsərrüfatı. Bakı, “Elm” nəşriyyatı. 2007
  6. Çursin Q. Talışı(etnoqrafiçeskie zametki) QAİ-nin məlumatları IV cild. Tiflis. 1926
  7. Azərbaycan kulinariyası. Bakı. 1964