Şamil Abdulla oğlu Şamxalov (4 iyun 1926, Bakı – 15 mart 2004, Bakı) – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi". AR-ın və SSRİ-ın "Əməkdar voleybol məşqçisi".
Şamil Şamxalov | |
---|---|
Şamil Abdulla oğlu Şamxalov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı şəhəri |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Azərbaycan, Bakı şəhəri |
Təhsili | Dövlət Bədən Tərbiyəsi İnstitutu |
Fəaliyyəti | voleybolçu |
Atası | Abdulla Şamxalov |
Həyat yoldaşı | Svetlana Şamxalova |
Uşağı | Tarxan Şamxalov |
|
|
Təltifləri |
Şamil Şamxalov 1926-cı il iyunun 4-də Bakı şəhərində, hərbçi ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1943–1944-cü illərdə "Azneft" Trestinin Neft və Qaz İstehsalı İdarəetmə ustadının köməkçisi vəzifəsində çalışıb. 1945–1949 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almışdır. Şamil Şamxalov hələ birinci kurs tələbəsi olduğu vaxt, 1945-ci il avqust ayının 12-də Moskva şəhərində "Qırmızı meydan"-da keçirilən idmançıların Ümumittifaq paradında, Azərbaycanin idman heyətinin tərkibində iştirak etmişdir. Şamil Şamxalov məşqçilik fəaliyyətinə hələ ikinci kurs tələbəsi olduğu vaxt 1947-ci ildə, "Təbib" komandasında başlamışdır. 1955-ci ildə bütün idman klublarının birləşməsi ilə əlaqədar olaraq, Şamil Şamxalov "Məhsul" idman cəmiyyətində fəaliyyətini davam etdirmişdir. "Məhsul" komandası "A" qrupunda SSRİ çempionu olınuş və güclülər dəstəsində iştirak hüqüqu əldə etmişdir. 1956-cı ildə Ümuınittifaq Spartakiyadasının qızıl medallarını qazanan Azərbaycan yığma komandasının üzvlərindən bir çoxu Şamil Şamxalovun yetirmələri olmuşlar. Bu Azərbaycan voleybolunun ilk nüfuzlu nailiyyəti idi. 1957-ci ildə Şamil Şamxalovun 7 nəfər yetirməsi Respublikamızın əsas yığma komandasının heyətində yer almış və komandamız ümumittifaq turnirində ən güclü rəqiblər olan Ukrayna və Russiva yığma komandalarını məğlub edərək, SSRİ paytaxtıııdan Bakıya Xüsusi Kubokla qayıtmışdır. 1961-ci ildə Şamil Şamxalov Azərbaycanın ustalardan ibarət qadın komandasına və Azərbaycan yığma komandasına baş məşqçi təyin edilmişdir. 1962-ci ildə SSRİ çempionatının güclülər dəstəsində 5-ci yeri tutan "Neftçi" komandası, sonrakı iki ildə 1963–1964 4-cü yeri tutmuşdur. 1965-ci ildə SSRİ Həmkarlar İttifaqları Spartakiadında Şamil Şamxalovun rəhbərliyi altında Azərbaycan milli komandası qızıl medallarını qazanıb. 1966-cı ildə Şamil Şamxalovun başçılıq etdiyi "Neftçi" komandası SSRİ çempionatının bürünc medallarını qazanıb. 1967-ci ildə SSRİ Xalqları Spartakiadında Şamil Şamxalovun rəhbərliyi altında Azərbaycan milli komandası gümüş medallarını qazanıb.
Azərbaycan Respublikasında voleybolun inkişafı və yüksək səviyyəli voleybolçularm hazırlanmasından Şamil Şamxalovun xidmətləri çox əhəmiyyətlidir. 25 ildən artıq bir dövrdə Azərbaycan Respublikanın yığma komandalarına və qadınlardan ibarət "Neftçi" voleybol komandasına rəhbərlik edən Şamil Şamxalov onlarla beynəlxalq dərəcəli, çoxlu sayda idman ustaları hazırlamış, böyük uğurlar qazarunışdır.[1][2]
Şamil Şamxalovun məşqçilik karyerası[3][4] dövründə yetişdirdiyi idmançılar arasında əməkdar idman ustası, ikiqat Olimpiya çempionu, dünya və Avropa çempionu İnna Rıskal, əməkdar idman ustası Olimpiya çempionu, dünya və Avropa çempionu Vera Lantratova, Avropa birinciliyinin mükafatçısı, üç qitə (Avropa, Asiya və Amerika) matçının çempionu, idman ustası Oqtay Ağayev (voleybolçu), SSRİ kubokunun sahibi, idman ustası Yaşar Abbasov, idman ustası Həsan Ələkbərov, SSRİ yığma komandasının üzvlari və başqaları vardır.
İdman nailiyyətlərinə görə Şamil Abdulla oğlu Şamxalov "Şərəf nişanı" ordeni, Respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuş, əməkdar bədən tərbiyəsi və idman xadimi, eləcə də Azərbaycanın və keçmiş SSRİ-nin əməkdar məşqçisi adlarına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Voleybol Federasiyası (AVF) respublikanın əməkdar məşqçisi Şamil Şamxalovun adından xüsusi mükafata layiq görülmüşdür. Bildirilmişdir ki, Federasiyanın bu təqaüdü hər ay Azərbaycan voleybolunun inkişafında xidmətləri olan bir idmançıya təqdim olunacaqdır. 2010 il Aprelin-da Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında SSRİ və Azərbaycanın əməkdar məşqçisi Şamil Şamxalovun xatirəsinə həsr olunmuş voleybol üzrə qadınlararası beynəlxalq turnirin açılışı olmuşdur. Turnirdə çıxış edən veteran voleybolçu Elmira Ağakişiyeva, Şamil Şamxalovun oğlu Tarxan Şamxalov və AVF-nin vitse-prezidenti Faiq Qarayev idmançılara uğurlar arzulamışlar. Natiqlər vurğulamışlar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim bədən tərbiyəsi və idmanın inkişafını dəstəkləmişdir. Həmin ənənə bu gün layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər. Bütün bunlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikanın yığma komandası və qadınlardan ibarət "Neftçi" voleybol komandası
İnna Rıskal — Əməkdar idman ustası
Vera Lantratova — Əməkdar idman ustası
İl | Adları və mükafatları |
---|---|
1960 | "Azərbaycanın əməkdar məşqçisi" |
1964 | "SSRİ əməkdar məşqçisi" |
1964 | "Azərbaycan Respublikasının əməkdar mədəniyyət və idman xadimi" |
1968 | "Şərəf nişanı"ordeni ilə təltif edilmişdir |