Şamil Bisenqali oğlu Əbiltay (qaz. Шәміл Бисенғалиұлы Әбілтай; 24 fevral 1948) — sovet və Qazaxıstan bəstəkarı.
Şamil Əbiltay | |
---|---|
qaz. Шәміл Бисенғалиұлы Әбілтай | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1948 (76 yaş) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Mükafatları |
II Dünya Müharibəsində döyüşən atası Bisenqali Əbiltay anası Əzirxanım Abdirovna ilə kollektiv təsərrüfatın işçiləri idilər. Babası Əbiltay məşhur küyşi idi. Şamil Əbiltay dörd yaşından dombra çalmağa başlamışdır. 1974-cü ildə Voronej şəhərində keçirilən xalq çalğı alətləri üzrə ümumittifaq ifaçılar müsabiqəsinin laureatı, 1980-ci ildə Qazaxıstan Lenin komsomolu mükafatı laureatı, 1994-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən Qurultayda bütün türk dünyasının "Ozanı" (carçı) adlandırıldı. 1998-ci ildə "Qazaxıstanın əməkdar xadimi", 1999-cu ildə isə Karaqanda vilayətinin Ulıtau rayonunun fəxri vətəndaşı adlarına layiq görüldü.
1962-ci ildə Quryev Musiqi Məktəbinə qəbul olur, 1966-cı ildə oranı bitirir. 1966-1972-ci illərdə Almatıdakı Kurmanqazı Konservatoriyasında təhsil alırdı. 1972-ci ildən etibarən Cambul adına Qazaxıstan Dövlət Filarmoniyasında küyşi üzrə müəllimik etməyə başladı və burada 13 il işlədi. 1985-1988-ci illərdə Qazaxıstan Radiosunun musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır.
Onun yazdığı incəsənətə aid məqalələr respublika dövri nəşrlərinin səhifələrində dərc olunurdu. 70-ci illərin əvvəllərindən 80-ci illərin ortalarına qədər Qazaxıstan televiziyasında "Dombıra-dastan" adı altında musiqi və maarifləndirici verilişlər aparırdı.
Əbiltayın dombraçı sənətinə Koşeli, Kameş və Serkebay kimi məşhur küyşilər təsir etmişdir. O, Kurmanqazı, Dina, Abıl və Mamenin əsərlərini usta ifaçısıdır.[1]