Şamil Abayev(oset. Абайты Бекмурзайы фырт Шамил; 1878, Diqora – 8 noyabr 1940, Orconikidze) — Osetin əsilli Sovet şairi və inqilabçısı.
Şamil Abayev | |
---|---|
oset. Абайты Бекмурзайы фырт Шамил | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 1940 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
1889-cu ildə Xristianovskoye kənd məktəbini bitirir. 1900-1905-ci illərdə kəndində qarğıdalı alışı üzrə alıcı işləyir. 1904-cü ildə fəal inqilabi fəaliyyətinə başlayır və 1905-1907-ci illərdə Şimali Osetiyanın inqilabi hadisələrində iştirak edir. 1910-1917-ci illərdə Şimali Osetiya məktəblərində müəllim işləyir. 1917-ci ildə Şamil Abayev doğulduğu Xristianovskoye kəndində "Kermen" gizli bolşevik təşkilatının təşkilatçısı olur və Kommunist Partiyasına üzv olur. 1919-cu ildə gizli bir partiya konfransında Rusiya Kommuinist Partiyası Osetiya təşkilatının rayon komitəsinin sədri seçilir. Şimali Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra müxtəlif siyasi vəzifələrdə çalışır[1]. 1935-ci ildə Respublika Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu qurulur və Şamil Abayev onun ilk rəhbəri təyin edilir[2][3]. 1938-ci ildə repressiyaya məruz qalır[4]. 8 noyabr 1940-cı ildə Şamil Abayev Vladiqafqazda dünyasını dəyişir.
Onun hüquqi bəraət alması 1956-cı ildə, partiyada isə yalnız 1991-ci ildə baş verir.
Vladiqafqazda Abayevin yaradıcılığı ilə məşğul olduğu ev olduğu kimi qorunub saxalnılmışdır[5].
Şamil Abayevin ilk əsərləri 1907-ci ildə "Noq sard" qəzetində çap olunur, ancaq ilk şeirlərini 1902-ci ildə yazır. Şimali Osetiyada Sovet hakimiyyəti qurulmamışdan əvvəl şairin yaradıcılığı açıq şəkildə inqilabi xarakter daşıyırdı. Həm də yaradıcılığını yüksək qiymətləndirdiyi Kosta Xetaqurovun, Blaşka Qurjibekovun xatirəsinə həsr olunmuş şeirlər yazır. Abayev "Temurkovlar" adlı 2 qısa hekayə yazır və osetin dilinə məşhur proletar "Varşavyanka" mahnısını tərcümə edir ("Kermen" qəzetində, 1920, No 15). Bundan əlavə inqilabdan əvvəlki dövrdə Abayevin əsərlərinə 1905-1907-ci illərdə Osetiyada baş verən inqilabi hadisələrə həsr olunmuş dramatik trilogiyanın sağ qalan əlyazmaları da daxildir. Əsərləri həvəskar səhnədə səhnələşdirilmişdir.
İnqilabdan sonra Şamil Abaev Lenin, Marks, 1 may və s. haqqında şeirlər yazır.