Diqora

Diqora (diq. Дыгурæ, İron Дигорæ, qulas as; rus. Дигора) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi.

Diqora
Дигорæ
43°09′32″ şm. e. 44°09′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1852
Sahəsi
  • 9 km²
Mərkəzin hündürlüyü 450 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.994 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86733
Poçt indeksi 363410
Xəritəni göstər/gizlə
Diqora xəritədə
Diqora
Diqora
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin adı osetin dilindəki Digoræ (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər.

Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski (rus. Во́льно-Христиа́новский) olmuş, daha sonra Novoxristianovskoye (rus. Новохристиа́новское), Xristianovskoye (rus. Христиа́новское) olaraq dəyişdirilmiş,[2] 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.

Şəhər Terek çayının qollarından olan Ursdon çayının sol sahilində, Vladiqafqaz şəhərinin 52 kilometr (32 mil) şimal-qərbində yerləşir. Diqora şəhərinin ərazisi 18 km2-dir.

Diqoranın əsası 1852-ci ildə başqa ərazilərdən bura köçən immiqrantlar tərəfindən qoyulmuşdur. Diqoraya məskən salma prosesinə 1852-ci ilin yay aylarında start verilmişdir. Qonşu kəndlərdən gələn immiqrantlar 260 ailədən ibarət idi.[3]. Diqora əhalisinin əksəriyyətini xristianlar təşkil edirdi, ancaq bəzi tayfalar və ailələr İslam dininə inanırdı.

XIX əsrin axırlarından başlayaraq şəhərdə tez-tez inqilabi iğtişaş yaranırdı. 1917-ci ilin yayında Diqora ətraflarında inqilabçı-demokrat "Kermen" partiyası fəaliyyətə başlamışdır. Bu partiya 1918-ci ilin aprel ayında bolşevik partiyası ilə birləşmişdir və Sov. İKP-nin "Kermen" adlı bir rayon təşkilatı təsis olunmuşdur.

1 aprel 1934-cü il tarixində Ümumrusiya Mərkəzi İcra Komitəsi Xristianovskoye kəndinin adını Diqora olaraq dəyişdirmişdir.[4] Diqoraya 1964-cü ilin yayında şəhər statusu verilmişdir.

2019-cu ildə əldə edilmiş məlumatlara görə, Diqora şəhərinin əhalisi 10.072 nəfərdir.[5]

İllərə görə əhali: Diqora
(Mənbə: [5][6][7][8][9])
İl1897191119171921193919491959197019791989200220062010201220132019
Əhali5.7588.1398.7729.4809.7007.7378.35210.64210.64210.87511.81911.40010.45710.67410.46210.072
Milli tərkibi

2010-cu ildə keçirilmiş ümumrusiya əhalinin siyahıya alınması əldə edilmiş məlumatlara əsasən:[10]

Xalq Say %
osetinlər (diqorlar) 10.483 95,7 %
ruslar 97 1,8 %
ləzgilər 67 0,6 %
digərləri 209 1,9 %
ümumi 10.856 100 %

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  2. Pospelov, Yevgeni Mixayloviç. Географические названия мира: Топонимический словарь (rus). Moskva: «Русские словари». 1998. səh. 140. ISBN 5-89216-029-7.
  3. Vasili Davidoviç Kuçiyev, Q. İkayev. История город Дигоры (rus). Vladiqafqaz: «Ир». =1992. səh. 203 — 7.
  4. "ОБ АДМИНИСТРАТИВНО-ТерриториАЛЬНЫХ ИЗМЕНЕНИЯХ АВТОНОМНОЙ ОБЛАСТИ СЕВЕРНОЙ ОСЕТИИ". www.consultant.ru (rus). «КонсультантПлюс». April 1, 1934. October 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  5. 1 2 "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2019 года" (rus). Федеральная служба государственной статистики. January 1, 2019. July 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  6. "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  7. "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  8. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  9. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  10. "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". osetstat.gks.ru (ingilis). October 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Diqora". Archived from the original on 2011-05-19. İstifadə tarixi: 2019-10-01. — "region15.ru" informasiya portalında. (rus.)
  • "Diqora". — "Moy qorod" ensiklopediyasında. (rus.)