Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 14 gün əvvəl Toghrul R (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Şamil Amil oğlu Paşayev — Azərbaycan hüquqşünası və aparıcısı. O, Sumqayıt Apellyasiya Məhkəməsi və Respublika Prokurorluğundan sonra "APA Group MMC" şirkətində hüquqşünas vəzifəsində işləməyə başlamış, daha sonra "Hüquq vaxtı" verilişinin müəllifi və moderatoru, o cümlədən "Hadisədən sonra" verilişinin eksperti olmuşdur. Bir çox məqalənin müəllifidir, bir neçə konfrans və təlimlərdə iştirak etmişdir.
Şamil Paşayev | |
---|---|
Şamil Amil oğlu Paşayev | |
Doğum tarixi | 1988 |
Doğum yeri |
|
Atası | Amil Paşayev |
İxtisası | hüquq |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas, televiziya aparıcısı |
Şamil Amil oğlu Paşayev 1988-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-in Şuşa şəhərində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı evindən didərgin olan Paşayev ailəsi ilə Bakı şəhərinə köçmüş, 2005-ci ildə 56 saylı tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. O, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsindən hüquqşünaslıq ixtisası üzrə 2009-cu ildə məzun olmuşdur.[1]
Şamil Paşayev hərbi xidməti başa vurduqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində Məhkəmə İclas Katibi və Hakim köməkçisi vəzifələrində işləmişdir. O, 2011-ci ildən 2018-ci ilədək Respublika Prokurorluğunun müxtəlif strukturlarında Prokuror və Müstəntiq təsnifatlarında çalışmışdır.[2]
Paşayev 2019-cu ildə "APA Group MMC" şirkətində hüquqşünas vəzifəsində işləməyə başlamışdır. O, "APA TV"-nin "Hüquq vaxtı" verilişinin müəllifi və moderatoru, o cümlədən "Hadisədən sonra" verilişinin eksperti olmuşdur. Burada müəyyən hüquqi məsələlər haqqında maarifləndirici məzmun yaradılmış, qanunvericiliyin və bir sıra hüquqi müddəaların şərh edilməsi və izahatının verilməsi təmin edilmişdir.[2]
Paşayev 2020-ci il fevral ayından etibarən "Norma Hüquq Mərkəzi MMC"-nin direktoru vəzifəsindədir. Şirkət fiziki və hüquqi şəxslərə hüquq, konsaltinq, audit, mühasibatlıq və HR xidmətləri təklif edir və Azərbaycanda ilk dəfə 24 saat onlayn hüquqi dəstək xidməti göstərən şirkətdir.
|