Şaxtaxtı mineral bulağı

Şahtaxtı mineral bulağıKəngərli rayonu ərazisində Şahtaxtı kəndinin cənub-şərqində, dəniz səviyyəsindən 1000 m. yüksəklikdədir.

Mineral bulağın suyu Naxçıvan Muxtar Respublikası ərazisində yeganə hidrogen-sulfidli, zəif minerallaşmış, sulfatlı-hidrokarbonatlı, kalsiumlu-natriumlu-maqneziumludur. Mineral bulağın suyunun analoqu Rusiyadakı "Piyatiqorsk" (Şimali Qafqaz) mineral suyu olmaqla insandakı revmatik və oynaq ağrıları xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (10 kurs 10-15 dəqiqə, T 35-45 Cº) əhəmiyyətlidir.

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri. Naxçıvan, 2008.