Şayxi Əbdülmüslümoviç Arsanukayev (çeç. Арсанука́ев, Шайхи́ Ӏа́бдулмусли́ман воӀ; 15 aprel 1930, Dışne-Vedeno[d], Şimali Qafqaz diyarı[d] – 13 mart 2012, Qroznı, Çeçenistan, Rusiya) — məşhur çeçen yazıçısı, şairi, Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü. Çeçenistanın Xalq Yazıçısı.
Şayxi Əbdülmüslümoviç Arsanukayev | |
---|---|
çeç. Арсанука́ев, Шайхи́ Ӏа́бдулмусли́ман воӀ | |
Doğum tarixi | 15 aprel 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 13 mart 2012 (81 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, nasir, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1957-ci ildən |
Əsərlərinin dili | çeçen və rus |
İstiqamət | realizm |
Janrlar | hekayə, povest |
Üzvlüyü | |
Mükafatları |
Şayxi Arsanukayev 1930-cu il aprelin 15-də Çeçenistanın Vedeno rayonunun Dışne-Vedeno kəndində anadan olub. 1944-cü ilin fevralında qohumları ilə birlikdə çeçenlərin və inquşların deportasiyası zamanı Qazaxıstana sürgün edilib. Orta məktəbi Qazaxıstanda Semipalatinsk vilayətinin Novopokrovsk rayonu, Batnay kəndində bitirib. Şayxi Arsanukayev 1955-ci ildə Semipalatinsk Maliyyə Texnikumundan məzun olub.
Şayxi Arsanukayev yaradıcılığına məktəb illərindən şeir yazmaqla başlayıb. Onun ilk əsərləri 1957-ci ildə "Leninski put" qəzetində, "Drujba" və "Orqa" almanaxlarında çap olunub.[1]
Çeçen-İnquşetiya Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Vedeno regional qəzeti olan "Kolxoznaya jizn"in baş redaktorunun müavini oldu. Sonralar Çeçen-İnquş kitab nəşriyyatında baş redaktor, "Orqa" ədəbi-bədii almanaxının baş redaktoru vəzifələrində çalışıb.
Şayxi Arsanukayev" SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1986-cı ildə Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqına rəhbərlik edib və 1997-ci ilə qədər bu vəzifədə çalışıb. Ömrünün son illərində Çeçen Dövlət Universitetinin Çeçen ədəbiyyatı və folkloru kafedrasında baş müəllim işləyib.
Arsanukayev "Dağlarda səhər", "Məhəbbət bulağı", "Taleyin seçimi", "Yeni gün" və başqa şeir toplularının müəllifidir. Onun yaradıcılığında "Nenan mott" ("Ana dili") şeiri xüsusi yer tutur. Tənqidçilər şeiri çeçen dilinin mahiyyətini tam açan unikal poeziya əsəri hesab edirlər. Bu şeirdə Ş. Arsanukayevin bir çox başqa əsərləri kimi icbari məktəb və universitet proqramlarına daxil edilmişdir
2009-cu ildə əmək nailiyyətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə Şayxi Arsanukayev "Dostluq" ordeni ilə təltif edilmişdir.[2]
Çeçenistanda bədii ədəbiyyatın inkişafına verdiyi böyük töhfəyə görə Şayxi Arsanukayev "Çeçenistan Respublikasının xalq yazıçısı" adına layiq görülüb.
Şayxi Arsanukayev 14 mart 2012-ci ildə Qroznı şəhərində vəfat etmişdir.