Şefik Cəfəroviç

Şefik Cəfəroviç (bosn. Šefik Džaferović; xorv. Šefik Džaferović; serb. Шефик Џаферовић; 9 sentyabr 1957[1], Zavidoviçi[d]) — Bosniya və Herseqovinanın 7-ci və hazırkı boşnak üzvü və Bosniya siyasətçisi.

Şefik Cəfəroviç
  • bosn. Šefik Džaferović
  • xorv. Šefik Džaferović
  • serb. Шефик Џаферовић
Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri
20 mart 2020 – 20 noyabr 2020
ƏvvəlkiJelko Komşiç
SonrakıMilorad Dodik
Bosniya və Herseqovinanın rəyasət heyətinin boşnak üzvü
20 noyabr 2018 – h.h
ƏvvəlkiBəkir İzzetbeqoviç
Nümayəndələr Palatasının üzvü
28 oktyabr 2002 – 20 noyabr 2018
Demokratik Hərəkat Partiyasının baş katibi
2001 – 2005
ƏvvəlkiTimur Numiç
SonrakıƏmir Zukiç
Şəxsi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri Zavidoviçi, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Bosniya və Herseqovina)
Təhsili
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Vildana Cəfəroviç (1980–h.h)
Uşağı 2
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

28 oktyabr 2002–20 noyabr 2018-ci illər arasında Nümayəndələr Palatasının üzvü olub. Demokratik Hərəkat Partiyasının yüksək rütbəli üzvü olan Cəfəroviç, partiyanın hazırkı prezident müavinidir və eyni zamanda baş katibi vəzifəsini də icra edib.

Cəfəroviç 1957-ci ildə Bosniyanın Zavidoviçi şəhərində anadan olub. Zavidoviçdəki idman salonda gənc ikən idmanla məşğul olmuşdur. 1979-cu ildə Sarayevo Universitetinin Hüquq Fakültəsini bitirmişdir. Cəfəroviç 1996-cı ilə qədər məhkəmə müəssisələrində, Zavidoviçi və Zenitsadakı polis şöbəsində çalışmışdır.

Cəfəroviç 1980-ci ildən həyat yoldaşı Vildana ilə evlidir və iki övladı var, Yasmin və Yasmina.[2] Onlar Sarayevoda yaşayırlar.

İlk siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cəfəroviç 1996-cı ildə Zenitsa-Doboy Kantonu Məclisinə seçildi. Elə həmin il Bosniya və Herseqovina Federasiyasının Xalq Evində nümayəndə oldu. Dörd il sonra Bosniya və Herseqovinanın Xalq Evinə daxil oldu. 2002-ci ildəki seçkilərdə Bosniya və Herseqovinanın Nümayəndələr Palatasının üzvü seçildi. Cəfəroviç 2014-cü il seçkilində üçüncü dəfə Bosniya və Herseqovinanın Nümayəndələr Palatasına 30.000 səslə yenidən seçildi.

Prezidentlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2018-ci il ümumi seçkilərində Cəfəroviç Demokratik Hərəkat Partiyası həmkarı Bəkir İzzetbeqoviçdən sonra Bosniya və Herseqovina liderliyinə 36% səslə seçildi. Prezidentliyinin ilk ayında ölkənin vahid bayrağı altında görüşməkdən imtina edən serb lideri Milorad Dodiklə problem yaşadı. Dodik sonunda iclasın yalnız Bosniya və Herseqovina bayrağı altında keçirilməsinə razı oldu və görüş baş tutdu. 20 mart 2020-ci ildə Cəfəroviç növbəti səkkiz ay ərzində xorvat sədr Jelko Komşiçdən sonra yeni sədr oldu. Səkkiz aydan sonra, 20 noyabr 2020-ci ildə, liderlik Dodikə keçdi.[3]

2 mart 2021-ci ildə Serbiya Prezidenti Aleksandr Vuçiç Sarayevoya gələrək Cəfəroviç və digər sədrlər, Komşiç ve Dodik ilə görüşdü, görüş nəticəsində COVID-19 pandemiyası ilə mübarizədə 10.000 doza AstraZeneca COVID-19 peyvəndi Serbiya hökuməti adından Bosniya və Herseqovinaya bağışlandı. Üç gün sonra, 5 artda Sloveniya Prezidenti Borut Pahor da Sarayevoya gəldi və Cəfəroviç, Komşiç ve Dodik ilə görüşdü, bu görüşün nəticəsində də Sloveniya hökuməti adından pandemiya ilə mübarizədə 4.800 doza AstraZeneca COVID-19 vaksini Bosniya və Herseqovinaya bağışlandı.[4]

Cəfəroviç 22 mart 2021-ci il tarixdə Federal Televiziyaya verdiyi müsahibədə Bosniya və Herseqovinanın Serbiya istisna olmaqla, COVID-19-a qarşı əhalinin peyvəndlənməsi prosesində digər Qərbi Balkan ölkələrindən geri qalmadığını söylədi. Nitqində: "Bir neçə mənbədən gələn ianələrlə peyvəndləməyə başlamışıq və peyvənd ala bilmədiyimiz bir vaxtda Bosniya və Herseqovinaya kömək edən hər kəsə təşəkkür edirəm" çıxışını etdi. Bu açıqlama müxalifət partiyaları tərəfindən sərt reaksiya ilə qarşılandı. Cəfəroviçin açıqlaması sosial media platformalarında etirazlarla şərh edildi, eyni zamanda bir sıra ani və gözlənilən reaksiyalarla qarşılandı.[5]

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

Cəfəroviç 2020-ci ilin dekabrında Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun dövlət səfəri ərəfəsində ilk öncə yalnız serb lider Milorad Dodiklə görüşməsini Bosniya və Herseqovinaya hörmətsizlik olaraq qəbul etdi. Nəticədə boşnak və xorvat liderlər Lavrovla görüşdən imtina etdilər.[6]

16 mart 2021-ci ildə Dodik, Cəfəroviç və Komşiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə dövlət səfərinə getdilər. Ərdoğan Bosniya və Herseqovinaya COVID-19 pandemiyası ilə mübarizədə 30.000 COVID-19 vaksini bağışladı. Görüşdə Bosniya və Herseqovina ilə Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan Serbiyanın paytaxtı Belqrada gedən avtomobil yolunun inşasına işarə edən infrastruktur və inşaat layihələrində əməkdaşlıq müqaviləsi imzalamaq barədə razılığa gəldilər. Müqaviləni Rabitə və Nəqliyyat Naziri Voyin Mitroviç təsdiq etdi.[7]

Cəfəroviç 2021-ci ilin aprelində Qərbi Balkanlardakı sərhəd dəyişiklikləri ilə əlaqədar olaraq Sloveniya Baş naziri Yanez Yanşa tərəfindən göndərilən sənədlə əlaqədar Avropa Şurası lideri Çarlz Mişelə narahatlıq məktubu göndərdi. Bu xəbəri eşidən Yanşa Cəfəroviçlə telefon görüşməsində Qərbi Balkanlarda sərhəd dəyişiklikləri ilə əlaqəli sənəd olmadığını bildirdi və Bosniya və Herseqovinanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı.[8]

  1. Šefik Džaferović // https://snl.no/%C5%A0efik_D%C5%BEaferovi%C4%87.
  2. "Arxivlənmiş surət". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  3. "Arxivlənmiş surət". 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  4. "Arxivlənmiş surət". 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  5. "Arxivlənmiş surət". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  6. "Arxivlənmiş surət". 2020-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  7. "Arxivlənmiş surət". 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  8. "Arxivlənmiş surət". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]