Şelkunçik (balet)

Pyotr Çaykovskinin baletləri

Qu gölü (1876)
Yatmış Gözəl (1889)
Şelkunçik (1892)

Əsərlərinin siyahısı

Fındıqsındıran
Fındıqsındıran

Şelkunçik (Fındıqqıran, Qozqıran) - baleti rus bəstəkarı Pyotr Çaykovskinin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qız Klara Stalbaumun yeni il hədiyyəsi kimi aldığı fındıqsındıran oyuncağı ilə bağlı yuxuları mövzusunda yazılmış mistik-nağıl janrında əsərdir. İlk dəfə 1892-ci ildə Peterburqda səhnələnən Şelkunçik Baleti, yeni il şənlikləri ilə eyniləşdirilmiş və bir çox balet ictimaiyyəti tərəfindən yeni ildə səhnələşdirilməsi adət halını almışdır. Dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir.

Əsərin tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Alman yazıçı Ernest Teodor Amadey Hofman 1815-ci ildə müxtəlif ölkələrin xalq nağılları əsasında "Fındıqsındıran və Siçanlar Kralı"  (Der Nııssnacker und der Mâusekönig) adlı bir nağıl yazır. Həmin nağılı Aleksandr Düma 1844-cü ildə nəşr etdirir. Əsər 1846-ci ildə "Chapman" və "Hail" nəşriyyatı tərəfindən İngiltərədə Hoffmanna və Dumaya ithafən nəşr etdirilir.

Əsərin yaranması və ilk səhnələşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Şelkunçik Baleti ilk dəfə 1892 -ci ildə St. Petersburg Maryinski Teatrında səhnəyə qoyulmuşdur.

Yatmış Gözəl Baleyinin bir il öncəki şöhrətini görən St. Petersburqdakı Kral Teatrının 1890-ci illərdə rəhbəri olan İvan Vsevolojsiy, Dumanın Fındıqsındıran nağılının yaxşı balet əsəri ola biləcəyini düşünür və Krallıq Teatrının balet rəhbəri Fransız əsilli məşhur xoreoqraf Marius Petipadan bir balet yaratmasını xahiş edir. Petipa hazırladığı detallı librettonu bəstəkar Çaykovskiyə təqdim edir. Bəstəkar mövzunu bəyənməsə də işi qəbul edir.

Əsəri yaratmağa ilham tapa bilməyən Çaykovski, bu vaxt New York Carnegie Hall’in açılış mərasiminə dilijor olaraq dəvət edilir. New York’a gedərkən əsərin səhnəsinin eksizlərini yanında aparan bəstəkar, səfər zamanı qaldığı Paris’də yeni icad edilmiş çelesta adlı musiqi alətinin  səsini ilk dəfə eşidir. İlahi bir çingilti çıxaran və klavişli musiqi aləti olan çelesta, Çaykovskiyə Şəkər pərisinin musiqisi üçün ilham verdi və günümüzdə bu alətin səsi dünyada Şəkər pərilərini və Yeni ili canlandırır.

Petipanın əsərin sınaqları zamanı xəstələnməsi ilə əlaqədar səhnələşdirilmə  Lev İvanova tapşırıldı. İvanov əsərdə Petipanın xoreoqrafiyasından fərqli olaraq Çaykovskinin bəstəsini ön plana çəkdi, Qar Dənələri Rəqsini və Şəkərləmə Pərisinin Rəqsini daxil etdi. 

Qala konsert 18 dekabr 1892-ci ildə gerçəkləşdi və uğursuzluqla yekunlaşdı. Şəkər pərisi rolundakı balerina Antonietta dell'Era tamaşaçıları məmnun edə bilmədi, həmçinin dekorasiya da qənaətbəx ş olmadı. Tənqidçilər Şelkunçiki bəyənmədilər. Bu uğursuzluqlara baxmayaraq sonrakı illərdə müxtəlif xoreoqraflar tərəfindən səhnələşdirildi və məhv olmaqdan xilas oldu.

Əsərin Rusiyadan kənarda səhnələşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Fındıqsındıran Baleti qərbdə ilk dəfə 1934-cü ildə Londonda səhnələşdirilmişdir. Rusiyada 1914-1918-ci illərdə Maryinski Teatrının rəhbəri olan Nikolay Sergeyev sahnələşdirilən bütün baletləri arxivləşdirmişdi. 1918-ci ildə Rusiyanı tərk edib Parisə getdikdə bütün məşhur Rus baletlərini yazılı şəkildə Avropaya apardı. Dame Ninette de Valois Sergeyevi Londona dəvət etdikdə, o, qutular dolusu balet qeydlərini Londona apardı və daha sonra "Saddler’s Wells Theatre" Baleti adını alan "Vic-Wells" Baletində çalışmağa başladı. Fındıqsındıranı Avropada ilk dəfə Vic-Wells Baleti səhnələşdirdi.

Fındıqsındıran Baletinin uğur qazanması 1950-ci illərə təsadüf edir. Həm London Festival Baleti, həm də New York Şəhər Baleti qeyri-adi klassik balet əsərini səhnələşdirmək məqsədilə Fındıqsındıranı gözəl klassik rəqslər və maraqlı dekorasiya ilə səhnələşdirdi və uğur qazandı. O vaxtdan etibarən dünyanın hər yerində balet mərkəzlərində əsər səhnələşdirilmiş və dünyanın ən çox səhnələnən balet əsərlərindən birinə çevrilmişdir.

Fındıqqıran Baletinin səhnələri

[redaktə | mənbəni redaktə et]

Ziyafət səhnəsi

Stalbaum ailəsinin evində yeni il ziyafəti verilməkdədir. Klara, qardaşı Fritz, ana və atası ilə iri Yeni il şamının altında dostları ilə əylənirlər. Sirli Rahib Drosselmeyer uşaqlar üçün bir kisə dolusu oyuncaqla gəlir. Ən gözəl oyuncaq, Klaraya hədiyə edilən Fındıqsındırandır. Onu qısqanan Fritz, oyuncağı sındırır, ancaq Drosselmeyer onu təmir edir. Ziyafət sona çatdıqda ailə yatmaya gedir, ancaq Klara Fındıqsındıranı görmək üçün ağacın altına gəlir. Qollarında Fındıqsındıran ile yuxuya gedir.

Döyüş səhnəsi

Gecə yarısı, qəribə hadisələr baş verir. Klara siçan səsi eşidərək oyanır. Otaq Siçanlar Kralının başçılığı altında siçan ordusu ilə dolur. Klara qaçmak istəsə də iri siçanlar onu dayandırır. Digər tərəfdən otaqdakı oyuncaqlar da canlanır. Fındıqsındıranın rəhbərlik etdiyi əsgərlər Siçanlar Kralının ordusu ile döyüşür və ölür. Klaranın başmağını Siçanlar Kralının başına atması ilə kral ölür və onun cəsədini daşıyan siçanlar otağı tərk edir. Klaranın Fındıqsındıran için töktüyü gözyaşları onu canlandırır. Şahzadəyə çevrilən Fındıqsındıran, Klaranı öz ölkəsi olan Karlar ölkəsinə aparır.

Karlar ölkəsi

Karlar ölkəsində şahzadə və Klara, qar dənələrinin Rəqsi ilə qarşılanırlar.

Şəkər ölkəsi

Klara, şahzadə ilə birdə Şəkər ölkəsinə gedir. Şəkər Pərisinə siçanlarla baş vermiş döyüş haqqında danışırlar. Pəri, onları mükafatlandırmaq üçün bayram rəqi təqdim edir.

  • İspan Rəqsi
  • Ərəb Rəqsi
  • Rus Rəqsi
  • Çin Rəqsi
  • Mirliton Rəqsi
  • Çiçəklərin Rəqsi

Sonda şahzadə ilə Şəkər Pərisi birlikdə rəqs edirlər.

Yuxunun sonu

Klara, yuxudan oyanır Fındıqsındıranı ilə birlikdə evlərinin salonundakı şam ağacının altında görür.

  1. Şelkunçik və dörd aləm (film, 2018)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]