Ernest Teodor Amadey Hofman (alm. Ernst Theodor Amadeus Hoffmann, 24 yanvar 1776[1][2][…], Köniqsberq[3][2][…] – 25 iyun 1822[1][4][…], Berlin[3][5]) — alman yazıçısı.
Ernest Teodor Amadey Hofman | |
---|---|
alm. Ernst Theodor Amadeus Hoffmann | |
Doğum adı | Ernst Theodor Wilhelm Hoffmann |
Təxəllüsü | E. T. A. Hoffmann |
Doğum tarixi | |
Doğum yeri | Köniqsberq, Almaniya |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Berlin, Almaniya |
Vəfat səbəbi | xərçəng xəstəliyi, vərəm |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1809–iyun 1822 |
Əsərlərinin dili | alman |
İstiqamət | Romantizm |
Janr | novella |
etahg.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Ernest Teodor Amadey Hofman 24 yanvar 1776-cı ildə Köniqsberq şəhərində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.
Universitetdə hüquq elmləri üzrə təhsil almışdır. O, hələ gəncliyində müsiqi, ədəbiyyat, rəssamlıqla məşğul olmuş, ilk günlərdən ictimai mühitin diqqətini cəlb etmişdir.
1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə o, iş tapır. O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir.O, romantik operanın – "İndianın" yaradıcısıdır. Hofman 30-dan çox bədii əsər yaratmışdır. Onun ilk novellası 1809-cu ildə yazılmışdır. O, 1814-cü ildə "Qızıl bardaq", 1816-cı ildə "İblis eliksiri" və s. romanlarını yazır.
1814-cü ildə yazdığı "Qızıl bardaq" nağılının qəhrəmanı Anselim, çox sadə, heç nədə bəxti gətirməyən oğlandır.
A.Hofman 1822-ci ilin 25 yanvarında Berlində vəfat etmişdir.