Şen Ko və ya Şen Kuo (Çin dilində:沈括 Shěn Kuò, 1031[2], Hançjou[d] – 1095[2], Çjentszyan) — İntibah dövründə yaşamış, ensiklopedik biliyə malik Çin alimi. Onun elmi fəaliyyəti riyaziyyat, astronomiya, meteorologiya, geologiya, zoologiya, botanika, farmakologiya, aqronomluq, etnoqrafiya və kartoqrafiya kimi elm sahələrini əhatə etmişdi. Şen Ko eyni zamanda özünü diplomat, general, maliyyə naziri, dövlət müfəttişi, hidromeliorasiya sahəsində mühəndis, ixtiraçı, şair və musiqiçi kimi də göstərmişdi.[3]
Şen Ko | |
---|---|
çin. 沈括[1] | |
Doğum adı | 沈括 |
Doğum tarixi | 1031[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 1095[2] |
Vəfat yeri | |
Elm sahələri | riyaziyyat, astronomiya, meteorologiya, geologiya, zoologiya, botanika, farmakologiya, Aqronomiya, etnoqrafiya, kartoqrafiya |
Vikianbarda əlaqəli mediafayllar |
Şen Konun anasının böyük qardaşı hərbi işlər üzrə mütəxəssis, Xu Tsyan Tszin ("Hərbi rəislər üçün traktat", 《虎钤经》) əsərinin müəllifi Syuy Dun (許洞/许洞, ок. 976 — ок. 1016) idi. Şen Ko heç vaxt məşhur dayısını görməmişdi, lakin dayısının evinə gəlməsi bu gənc üçün xüsusilə faydalı oldu, o, bütün günlərini dayısının zəngin kitabxanasında keçirirdi. Bu kitabxanada həm də Syuy Dunun əlyazmaları saxlanılırdı. Şen Konun anası gözəl təhsil almışdı və o, oğlunun təlim və tərbiyəsi iə müntəzəm olaraq məşğul olurdu.
Şen Konun atası Şen Çjou (沈周, 978–1051), əyalət məmuru idi. 1040-cı ildən başlayaraq Şen Çjou Sıçyan əyalətində, sonralar isə Aomın əyalətində çalışmışdı. Ailəsi onunla birlikdə yaşayış yerini dəyişirdi və balaca Şen Ko müxtəlif səviyyəli məişət və təbiət şəraitini müşahidə etmək imkanına malik idi. Uşaqlıqda zəif orqanizmə malik olan Şen Ko hələ erkən yaşlarında farmakologiya ilə, Cənubi Çinin müxtəlif landşaftı ilə tanışlıq isə topoqrafiya ilə maraqlanmağa başlamışdı.