Şerafettin Can Atalay

Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Şərafəddin Can Atalay
türk. Şerafettin Can Atalay
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
N/A – 30 yanvar 2024
Seçki dairəsi2023Hatay
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart 1976(1976-03-24) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib.[1]

Hazırda Silivri həbsxanasında saxlanılır.

Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub.[1] İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb. Uşaqlığı və gəncliyi İstanbulda olub. Valideynlərinin çevrəsinə görə o, gənc yaşlarında ədəbiyyatın tanınan isimlərindən Əziz Nesin, Yaşar KamalCan Yücəllə söhbət edib.

Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub.[1] Təhsilini başa vurduqdan sonra bir müddət NTV-nin hüquq şöbəsində çalışıb.

İstanbulda Sosial Hüquqlar Dərnəyinin İdarə Heyətinin üzvü olub. 2014-cü ilin mayında 300 mədənçinin ölümü ilə nəticələnən Soma faciəsində sonra açılan Soma işində, həmçinin həmin il Karaman ilində 18 işçinin ölümü ilə nəticələnən mədən qəzası üzrə açılan işdə hüquq müdafiəçisi olub. 2016-cı ilin noyabrında 11 nəfərin öldüyü, 24 nəfərin yaralandığı Adana tələbə yataqxanasında baş verən yanğında həyatını itirənlərin ailələrinin və 2018-ci ilin iyulunda 25 sərnişinin öldüyü Çorlu qatarı qəzasında həyatını itirənlərin ailələrinin hüquqlarını müdafiə edib. 2020-ci ildə yeddi işçinin ölümünə və 127 işçinin yaralanmasına səbəb olan atəşfəşanlıq zavodunda baş verən partlayışda həyatlarını itirən işçi ailələrinin də hüquq müdafiəçisi olaraq çıxış edib. Memarlar Palatasının üzvü olaraq İstanbulda Validebağ bağında inşaata qarşı mübarizə aparan "Validebağ Könüllüləri"ni müdafiə edib.

2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]

Gezi etirazları zamanı yaradılan Taksim Dayanışmasının hüquqşünası olub. Gezi işinə müttəhim olaraq daxil edilib və barəsində həbs qərarı verilib. İttiham olunduğu 2 iş üzrə ona bəraət verilib. 2022-ci il aprelin 25-də İstanbul 13-cü Ağır Cəza Məhkəməsində baş tutan iclasında "dövlət iqtidarını devirməyə cəhd" ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Ali Apellyasiya Məhkəməsi tərəfindən 28 sentyabr 2023-cü ildə təsdiq edilib.

  1. 1 2 3 4 5 TBMM. "Şerafettin Can ATALAY". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.