Yaşar Kamal (türk. Yaşar Kemal, əsl adı türk. Kemal Sadık Gökçeli; 6 oktyabr 1923[1][2][…], Göyçədam[d], Türkiyə – 28 fevral 2015[1][3][…], İstanbul[4]) — kürd əsilli Türkiyə yazıçısı.
Yaşar Kamal | |
---|---|
türk. Yaşar Kemal | |
Doğum adı | Kemal Sadık |
Doğum tarixi | 6 oktyabr 1923[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 2015[1][3][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
Dəfn yeri | |
Fəaliyyəti | ssenarist, romançı, jurnalist, şair, hekayə yazıçısı[d], yazıçı, tərcüməçi |
Fəaliyyət illəri | 1943–2015 |
Əsərlərinin dili | türk dili[5] |
Tanınmış əsərləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. O dövrdə şeirləri Adana "Xalqevi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib. Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suvaran, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda "Ülke", "Kovan", "Millet", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub.
1951-ci ildə İstanbula gələrək "Cumhuriyet" qəzetində müxbir işləməyə başlayıb. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.
İlk romanı "İncə Məmməd" ilə 1955-ci ildə "Varlıq" roman mükafatını qazanıb. 1974-cü ildə "Dəmirçilər Çarşısı Cinayəti" adlı əsəri Madaralı roman mükafatına layiq görülüb. "Yer dəmir, göy mis" əsəri Fransada 1977-ci ildə Ədəbiyyat tənqidçiləri sindikatı tərəfindən ilin ən yaxşı xarici romanı seçilib. "Binboğalar əfsanəsi" 1979-cu il yay dönəmi üçün Böyük Ədəbiyyat jürisi tərəfindən seçilən kitablar arasında yer alıb. 1982-ci ildə beynəlxalq Del Duca mükafatına layiq görülən Yaşar Kamal, 1984-cü ildə Fransanın Fəxri legion ordeni ilə təltif edilib. Əsərləri 39 dilə tərcümə olunub.
Yaşar Kamal 28 fevral 2015-ci ildə vəfat edib.[6]