Şerman antiinhisar qanunu

Con Şerman , Şerman Antiinhisar Qanununun əsas təsisçisi

Şerman Antiinhisar Qanunu (Şerman Qanunu[1] ) — inhisarlarla və rəqabətin əsassız məhdudiyyətlərlə mübarizəsinə yönəldilmiş, dünyada ilkin qəbul edilmiş hüquqi aktlardan biri, 1890-cı ildə ABŞ konqresi tərəfindən qəbul edilmiş qanun.[2] Bu qanun antirəqabət mühitində fəaliyyət göstərdiyi düşünülən şirkət və müəssisələrin fəaliyyətini qadağan edir. Bu növ müəyyənləşdirmələr federal hökumət idarəediciləri tərəfindən aparılır. Qanun federal hökumətdən trestləri, kompaniyaları və qanunu pozmasından şübhə duyulan təşkilatları araşdırmağı və təqib etməyi tələb edir. Bu Amerikan hökuməti tərəfindən kartellərimonopoliyaları məhdudlaşdırmaq üçün yaradılmış ilk qanun idi və bu günün özündə də əksər antiinhisar qanunlarının əsasını təşkil edir.

Vətəndaş müharibəsindən sonra ABŞ sənayesinin sürətli inkişafı, dövlətin qanunvericiliklə iqtisadi hakimiyyətinin təmərküzləşməsinin və bu hakimiyyətin sui-istifadəsinin qarşısını almaq iqtidarının olmaması nəticəsində Konqres 1890-cı il 24 iyul tarixdə azad rəqabət şəraitində azad sahibkarlığın hüquqi cəhətdən milli məxsusluğunu təsbit etdi. Qanun xəzinədarlığın keçmiş katibi senator Con Şermanın (1823-1900) şərəfinə adlandırılmışdır. “Şerman qanunu” ştatlar arasında ticarətdə, eləcə də beynəlxalq ticarətdə aşağıdakıları qadağan edir:

  • a) ticarətin məhdudlaşmasına dair sazişləri, birlikləri (trestləri) və gizli danışıqları;
  • b) inhisarlaşmanı və inhisarlaşma haqqında gizli danışıq cəhdlərini.

Bu sazişlərdə iştirak edən şəxslər qanunun pozulmasında günahkar sayılırlar, cəriməyə (50 min dollardan çox olmayaraq), həbs qətimkan tədbirinə (1 ildən artıq olmayaraq), yaxud məhkəmənin qərarı ilə digər cəzaya məruz qalırlar. 1911-ci ildə “Şerman qanunu”nda, onun yalnız ticarətin həddən artıq məhdudlaşması haqqında sazişə tətbiqi ilə bağlı bəzi dəyişikliklər edildi. Əgər firmanın biznesinin çiçəklənməsinə təsir göstərən fəaliyyəti sahədə rəqabətə hiss ediləcək zərər vurarsa, onda bu firma öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır. “Şerman qanunu”- nun inkişafında aşağıdakı tədbirlərin mühüm rolu olmuşdur:

a) 1914-cü ildə Konqres tərəfindən Kleyton qanununun qəbul edilməsi. Bu qanun istehlakçıya rəqiblərin əmtəələrini almaq və şirkətin səhmlərini əldə etmək imkanı verməyən, rəqabətin məhdudlaşmasına aparan sazişlərə, qiymət ayrı-seçkiliyinin bəzi formalarına qadağa müəyyənləşdirmişdi. Həmin ildə Konqres Federal Ticarət Komissiyasını yaratdı və ona haqsız rəqabətin qarşısım almaq səlahiyyəti verdi;

b) məhkəmələr xüsusilə qəsdən hərəkətlərin bəzi kateqoriyalarını müəyyən etdi: qiymətlərin müəyyənləşdirilməsi və ya bazarların bölgüsü üzrə müxtəlif formalar arasına sazişlər, qrup şəklində boykotlarpatentləşməyən əmtəələr üzərində üstünlükləri təmin etmək üçün patentlərdən istifadənin bəzi formaları. Bununla belə, malların yenidən satışı halları zamanı qiymətlərin müəyyən edilməsi üzrə sazişə qoyulan qadağa aradan götürüldü.

“Şerman qanunu”nun inhisarlaşmanın qadağan edilməsinə yönəldilmiş ikinci bəndi, əsasən, bir firmanın iqtisadi hakimiyyətinin inkar edilməsi üçün istifadə olunurdu. Əgər firma bazarın 65%-dən çoxuna nəzarət edirdisə, o, inhisarlaşmaya cəhddə günahlandırıla bilərdi. Lakin bir neçə firmanın hökmran olduğu (oliqopoliya) yerdə inhisarlaşma cəhdlərində günahlandırma aradan götürülürdü. Oliqopoliya təmərküzləşməsinə aparan qovuşma halları zamanı məhkəmələr ticarətin əsaslandırılmış məhdudiyyətini xüsusilə qeyd etdilər. Bununla əlaqədar olaraq Kleyton qanunu səhmlərin bəzi satılma növlərini qadağan etdi. Bu da qeyri-səmərəli olduqda, Seller-Kefover düzəlişi ilə (1950) aktivlərin satın alınması və digər bu cür sövdələrlə qovuşmasına qoyulan daha geniş qadağa müəyyənləşdirdi. Konqresin əsaslandırılmayan təmərküzləşmə ilə əlaqədar bu üçüncü cəhdinə uyğun olaraq məhkəmələr və Federal Ticarət Komissiyası ən az oliqopoliya meyli olan bütün qovuşmaları qanunsuz elan etdilər.[2]

Şerman sistemi

[redaktə | mənbəni redaktə et]
Con Şermanın təklif etdiyi rəqabət siyasətinin sistemi
Qanun vericilik tədbirləri
Bazara nəzarətin

məhdudlaşdırılması

Birləşmələrə nəzarət
Qiymətlər

üzrə razılaşmalara qadağa

Məhsullarının

istifadəsi üzrə sazişlərə nəzarət

Bazarların bölüşdürülməsi barədə

sazişlərə qadağa

Pərakəndə qiymətlərinin

müəyyənləşdirilməsinə qadağa

Xidmətlər dəstinin

müəyyənləşdirilməsi

Müstəsna hüquqların verilməsi

barədə sazişlərin qadağası

İqtisadi tədbirlər
Dolayı tənzimlənmə Birbaşa tənzimlənmə
Əmtəələrə tətbiq

edilən vergi

"Qiymət tavanların"

yaradılması

Mənfəətdən artıq

vergiqoyma

Mənfəət norması həddinin

müəyyənləşdirilməsi[2]

Şerman Antitrest Aktı

[redaktə | mənbəni redaktə et]

"Şerman qanunu"na uyğun olaraq ABŞ-nin federal hökumətinin də müəssisəni məhkəməyə cəlb etmək hüququ vardır, özü də günahlandırma dairəsi kifayət qədər genişdir: pul cəriməsindən tutmuş, həbs qətimkan tədbirinə qədər. 1974-cü il düzəlişinin tətbiq edilməsindən sonra həbs tədbiri geniş yayılmağa başladı. Təqsirkar müəssisənin hərəkətlərinə məhkəmə qadağası qoyula bilər, qeyri-adi hallarda məhkəmə müəssisənin bölünməsi haqqında qərar verə bilər. Bundan əlavə, “Şerman qanunu”nun hər hansı bir şəxs tərəfindən pozulması nəticəsində itki verildiyini hesab edən xüsusi şəxslər məhkəmədə iş qaldırmaq və iddiaların qəbul edilməsi əsaslandırılmış olduğu halda, dəymiş zərərin dəyərindən 3 dəfə çox olan kompensasiya almaq hüququna malikdirlər. Bu cür dinləmələr ABŞ-nin məhkəmə orqanlarının fəaliyyətində adi praktikaya çevrilmişdir. “Şerman qanunu” qəbul edilməmişdən əvvəl ABŞ-də inhisarlaşmanın əksinə yönəldilmiş bir sıra qanunlar fəaliyyət göstərirdi. Lakin onlar səmərəsiz idi və 1880-ci illərdə trestlərə çulğalaşma və birləşmə dalğasının qarşısını ala bilmədilər. “Şerman qanunu”, Kleyton qanunu və Seller-Kefover qanunu ABŞ-də antiinhisar (antitrest) qanunvericiliyinin əsasını təşkil edir.

  1. Rəsmi olaraq Hart-Skot-Rodino Antiinhisar Qanun Dəyişiklərində Şerman Qanunu kimi qeyd olunmuşdur - (Public Law 94-435, Title 3, Sec. 305(a), 90 Stat. 1383 at p. 1397).
  2. 1 2 3 ZİYAD ƏLİABBAS oğlu SƏMƏDZADƏ. BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA (PDF). V SŞTUÜVYZ. Bakı. 2012. səh. 15-16.