Şerzod Fayziyev (1 fevral 1969, Daşkənd) — Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)[1]
Şerzod Fayziyev | |
---|---|
Doğum tarixi | 1 fevral 1969 (55 yaş) |
Doğum yeri | |
Təhsili |
|
1969-cu il fevralın 1-də anadan olub. Daşkənd Dövlət Aqrar Universitetini və Moskvada Diplomatiya Akademiyasını bitirib.
1993-cü ildən Özbəkistan XİN-də işləyir. 2007-2008-ci illərdə Avrasiya İqtisadi Birliyinin Baş katibinin müavini olub. 2009-cu ilin aprelindən Fayziyev Özbəkistanın Türkmənistandakı səfiri vəzifəsini icra edib.
2012-ci ildə Özbəkistan parlamentinin Yuxarı palatası Şerzod Fayziyevi ölkənin Azərbaycandakı səfiri vəzifəsinə təyin edib[2]. Şerzod Fayziyev İsmətulla İrqaşevi əvəzləyəcək.