Şeytanın ulduzu və ya orijinal adı ilə Qarabasma xaçı (norv. Marekors) – Norveç yazıçısı Yu Nesbö tərəfindən yazılmış cinayət romanı. Harri Hole seriyasının beşinci romanıdır. Kitab Sabir Sadıqov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
Şeytanın ulduzu | |
---|---|
norv. Marekors | |
| |
Müəllif | Yu Nesbö |
Janrlar | detektiv, cinayət |
Orijinalın dili | norveç |
Ölkə | |
Orijinalın nəşr ili |
2003 2015 (azərb.) |
Tərcüməçi | Sabir Sadıqov (azərb.) |
Seriya | Harri Hole #5 |
Nəşriyyat | Qanun nəşriyyatı (azərb.) |
Səhifə | 568 (azərb.) |
Əvvəlki | Nemesis |
Sonrakı | Xilaskar |
Gənc qadın öz mənzilində qətlə yetirilir və onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində qırmızı brilyant aşkar edilir. Detektiv Harri Hole əzəli rəqibi Tom Völerlə birlikdə hadisənin istintaqına cəlb edilir və başlanğıcda o iştirak etmək istəmir.
Lakin Harri artıq son inzibati xəbərdarlığı alıb və alternativi azdır. Osloda qatil seriya cinayətlər törədir, kələfi açmaq üçün səfərbər olunmuş komandada ondan, alkoqol aludəçisi olan Harri Holedən peşəkar kimsə yoxdur.[1]
Nesbö bir qırılma obrazı yaradır... Süjetin bir sıra döndürücü yön dəyişmələri, nəhayət, həyəcanverici bir finala gətirib çıxarır. The Guardian |
Çox müəlliflər sizin ənsənizdə tükləri necə dikəltmək lazım olduğunu bilir... Yu Nesbö az müəlliflərdən biridir ki, onları yerində saxlayır. Linvud Barsley |
Cəlbedici... şokedici və təəccüblü şəkildə ustalıqla öyrədən. The Times |
Ecazkar... möhtəşəm triller The Sunday Telegraph |