Yu Nesbö

Yu Nesbö (norv. Jo Nesbø; d. 29 mart 1960, Oslo) – norveçli yazıçı, musiqiçi, keçmiş iqtisadçı və müxbir. Əsərləri 40-dan çox dilə tərcümə edilmiş, 30 milyon nüsxə satılmışdır.

Yu Nesbö
norv. Jo Nesbø
Yu Nesbö 2008-ci ildə.
Yu Nesbö 2008-ci ildə.
Doğum adı Jon Nesbø
Doğum tarixi (64 yaş)
Doğum yeri Oslo, Norveç Norveç
Vətəndaşlığı Norveç Norveç
Milliyyəti norveçli
Uşağı 1
Təhsili Norveç İqtisadiyyat Məktəbi
İxtisası iqtisadçı
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1997-ci ildən
Əsərlərinin dili Norveç dili
Janrlar cinayət, müəmma, uşaq
İlk əsəri Yarasa (1997)
Tanınmış əsəri "Harri Hole" seriyası
jonesbo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yu Nesbö ən çox inspektor Harri Hole haqqında olan cinayət romanı seriyasına və Di Derre rok qrupunun mahnı yazarı kimi tanınır. 2007-ci ildə Doktor Proktor haqqında uşaq kitabları yazmışdır. 2011-ci ildə "Kəllə ovçuları" romanı, 2017-ci ildə isə "Qar adamı" romanı əsasında eyniadlı film çəkilmişdir.

Yu Nesbö 29 mart 1960-cı ildə Oslo şəhərində anadan olmuş, lakin Molde şəhərində böyümüşdür. Anası kitabxanada işlədiyindən gələcək yazıçının ədəbiyyata olan həvəsi erkən yaşlarından başlamışdır. Gənc yaşlarında futbolla maraqlanan Nesbö, sonralar dizindən travma alana kimi "Molde" futbol klubunda çıxış etmişdir. Futbola olan marağından dolayı məktəbdə qiymətlərinin yaxşı olmaması ona universitetə qəbul olmağa imkan vermir. Məktəbi bitirdikdən sonra 3 il əsgərlikdə olduğu müddətdə aktiv şəkildə biliklərini təkmilləşdirməklə məşğul olur. Əsgərliyi bitirdikdən sonra Norveç İqtisadiyyat Məktəbinə qəbul olan Nesbö iqtisadçı kimi məzun olur. Yazıçılıq karyerasına başlamazdan öncə frilans jurnalist və stokbroker kimi işləmişdir.[1] Nesbö həvəskar alpinisdir, və 7c [2] kateqoriyalı Alp cığırı ilə qalxıb. Bundan əlavə, Nesbö Norveçin Di Derre rok qrupunun əsas vokalisti və mahnı yazarıdır. 2008-ci ildə inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlara yazı yazıb oxumağı oyrətməyə kömək etmək məqsədi ilə "Harri Hoıe" fondunu təsis edib. Hazırda Osloda keçmiş həyat yoldaşına və qızına yaxın yaşayır.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yu Nesbö Salomonsson Agency agentliyini təmsil edir.

Nesbö 1997-ci ildə ilk romanı olan Yarasa kitabını çap elətdirir və Harri Hole haqqında yazılan romanlar seriyasının başlanğıcını qoyur. Bu əsəri yazmağa onu uzun müddət Avstraliyada yaşadığı müddət ərzində təsirləndiyi hadisələr ilhamlandırır. Bu əsər çap olunduqdan sonra sensasiya yaradır və tənqidçilər tərəfindən "ani bestseller" adlandırılır. Bu əsərə görə yazıçı "Şüşə açar" mükafatına layiq görülür.

2007-ci ildə uşaqlar üçün ilk kitabı olan "Doktor Proktor və onun sehirli tozu" əsərini yazan yazıçı Doktor Proktor haqqında yazılan romanlar seriyasının başlanğıcını qoyur.

Yazıçının yaradıcılığının əsas xüsusiyyəti əsərin baş qəhrəmanının tədqiq edəcəyi hadisələrlə şəxsi taleyinin dərindən bağlanmış olmasıdır.

Harri Hole haqqında romanlar seriyası

[redaktə | mənbəni redaktə et]

Bu seriya əvvəllər kriminal polis əməkdaşı olan, sonradan isə Milli Cinayətkarlığa Qarşı Mübarizə Xidmətinə (KRİPOS) keçən Harri Holenin fəaliyyətindən bəhs edir.

Yazar özü açıqlayır ki, Harri adını uşaqlıqda futbol oynayanda tanıdığı bir futbolçunun adından, Holeni isə uşaq vaxtı nənəsinin onu qorxutduğu polisin adından götürüb.

Harri Hole alkoqolozmdən əziyyət çəkir (alkoqolla mübarizə seriyaya daxil olan butun kitabları əhatə edir), Norveçin paytaxtında baş verən cinayətlərin üstünün açılmasında işləyir, ara-sıra xarici ölkələrdə baş verən cinayətlərin üstünü açmaq üçün o öıkələrə səyahət edir. Spirtli içki aludəçisi olmağına və çətin xarakterinə baxmayaraq, Hole seriyalı qatilləri, bank oğrularını və Osloda olan Rusiya mafiyasının üzvlərini tutur və cinayətlərin üstünü açır. Harri Hole nəzərəçarpacaq vaxtını alkoqolizmdən irəli gələn gecə kabusları ilə mübarizəyə sərf edir. Hole vəfat etmiş dostlarından ötrü kədərlənir və onların obrazları ona keçmişi xatırladır. Bu seriyaya daxil olan kitabların çoxunda təhlükədə olan qadın haqda bəhs olunur.

Doktor Proktor haqqında romanlar seriyası

[redaktə | mənbəni redaktə et]

Doktor Proktor haqqında romanlar seriyasına daxil olan kitablarda sərsəm professor və parlayacaq vaxtlarını gözləyən dostları balaca qız Lise və balaca oğlan Bulle haqqında bəhs olunur. Hərdən üfüqdə şər qüvvələri təmsil edən Truls və Tryum Trane əkizləri də görsənir. Əsərlər Roald Dalın əsərlərinin ruhunda yazılıb.

Yu Nesbönün özünün dediyinə görə bu seriyaya daxil olan kitabları yazmağı ondan qızı xahiş edib. Hətta xahiş edib ki, əsər bir professor, özü yaşda bir qız və lap balaca bir oğlan haqqında olsun. Yazıçı bildirir ki, uydurduğu nağıllar qızının o qədər xoşuna gəlir ki, hətta bağçadakı dostlarını da atasının hekayələrinə qulaq asmaq üçün evə dəvət edirdi. İlk başda sadəcə hekayə quran yazıçı yaratdığı personajla o qədər maraqlanır ki, sonralar Doktor Proktor haqqında romanlar seriyası yazır. Bu seriyaya daxil olan " Doktor Proktor və onun sehirli tozu" adlı əsəri 2014-cü ildə Norveç kinokompaniyası tərəfindən ekranlaşdırılmışdır.

Doktor Proktor seriyası

[redaktə | mənbəni redaktə et]
  • 2007 - "Doktor Proktor və onun sehirli tozu"
  • 2008 - "Doktor Proktor və onun zaman makinası"
  • 2010 - "Doktor Proktor və dünyanın sonu"
  • 2014 - "Doktor Proktor və böyük soyğun"
  1. Monica Hesse. "Jo Nesbo, the next Stieg Larsson?". The Washington Post. 3 May 2011. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2012.
  2. Andrew Anthony. "Jo Nesbø: 'I am a vulture'" (ingilis). The Observer. 2012-03-11. 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-27.
  3. "Tax Information 2009". Skattelister.no. 23 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]