Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir.
Harri Hole | |
---|---|
Harry Hole | |
Harri Hole personajı | |
| |
İlk görünmə | Yarasa |
Yaradan | Yu Nesbö |
Canlandıran | Maykl Fassbender |
Məlumat | |
Cinsi | Kişi |
Peşə | Polis |
Ailə | Atası - Ulav Hole, bacısı - Ses Hole |
Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub.
Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir. Harrinin bir neşə nəfər istisna olmaqla demək olar ki, dostu yoxdu. Onun dostlar siyahısına məhkəmə ekspertizasında işləyən Beate Lyönü, Byern Xolmu və keçmiş rəhbəri olan Qunnar Haqeni aid etmək olar.
Bir çox hallarda müəllifin doğma şəhəri olan Oslo Harri Hole haqqında yazılmış romanlarda baş rolda çıxış edir. Əsərlərdə adı çəkilən yerlər-Harrinin sevimli yerləri, onun yeyib-içdiyi və tez-tez baş çəkdiyi yerlər, yolların "Nəqliyyat sistemi", Norveç polis idarəsinin qərargahı, Froqner parkındakı hovuz, narkotik aludəçilərinin və fahişələrin sığınacaqları-hamısı realdır. Xarrinin dostları kimi müxtəlif sosial təbəqələrə aid şəhər sakinlərini, xarici dövlətlərdən ölkəyə gələn immiqrantlardan tutmuş onun köhnə sinif yoldaşlarına qədər bir çox insanları misal gətirmək olar. Onun ən yaxın dostu keçmiş sinif yoldaşı olan taksi sürücüsü Oysten Ekelanddır.