Şeytanqanqalı (lat. Carduus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Şeytanqanqalı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Şeytanqanqalı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Cinsin nümayəndələrinin əksəriyyəti tikanlı ot bitkiləridir. Bir çox cəhətdən o, qanqala (Cirsium) bənzəyir, əsasən pappus hissəsi ilə fərqlənir, hansı ki, lələkvari tüklərdən deyil, kapilyarlardan ibarətdir və gövdəsi adətən tikanlıdır; toxumları dördbucaqlı və ya bir qədər yastılaşmş, 5-10 və ya daha çox sinirli və ya sinirsiz.
Bəzi qanqal növləri ilə kəpənək sürfələri və tırtıllar qidalanır.
Demək olar ki, bütün qanqallar arılar üçün yaxşı bal bitkiləridir. Bəziləri dekorativdir, lakin eyni zamanda da alaq otlarıdır. Toxumları isə çox yağlıdır.
Qanqal Şotlandiyanın simvoludur. Qanqal ordeni cəngavərlərinin emblemində yazılan devizi latın dilində Nemo me impune lacessit (“Heç kim mənə cəzasızlıqla toxunmayacaq”).