Şeyxülislam

Şeyxülislam

Şeyxülislam (Ərəbcə: شيخ الإسلام, Šayḫ al-Islām) — qəbilə, tayfa başçılarına, görkəmli ilahiyyatçılara, dini fənlərin bilicilərinə və müdərrislərinə verilən fəxri ad, titul.

XIII əsrdən sonra şeyxülislam məmlüklərin hakimiyyəti dövründə Misirdə və Suriyada nüfuzlu din xadimləri və üləmaların yüksək dini rütbəsinə çevrilmişdir. XVI əsrdə İstanbul müftisi bu adı daşımışdır. Bəzi müsəlman ölkələrində (Türkiyə, Pakistan və s.) şəriətin mahir biliciləri şeyxülislam adlanır. Şiələrin yayıldığı müsəlman ölkələrində (İran,İraq və s.) ən ali dini rütbələr — "Məərci ət-təqlid" (Təqlid olunmağa layiq), "Ayətulla əl-üzma" (Böyük Ayətullah), "Höccətül-islam"(İslamın dəlili, sübutu), müctəhid (səy göstərən, müstəqil dini fikir yürütmək hüququ olan) kimi ən yüksək rütbə və adlardan sonra ən nüfuzlu dini rütbədir.

  • Fəlsəfə Ensklopedik Lüğəti. Bakı. 1997 səh. 501.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]