Böyük Ayətullah

Böyük Ayətullah (ərəb. آية الله العظمى‎, fars. آیت‌الله العظمی‎) — Şiəlikdə dini ad. Bu titulu İslam hüququnda (fiqh) və metodologiyada (üsul) yüksək məqamlara çatmış və fətva (müəyyən məsələlərdə şəriət rəyləri) vermək hüququ olan şiə üləmaları daşıyırlar. Böyük Ayətullah Mərceyi-təqlid ("nümunə model") titulunu daşıyır.

“Böyük Ayətullah” titulunu Əli Xamenei (İran), Sadiq Şirazi (İran), Məkarim Şirazi (İran), Əli Sistani (İraq) və bir sıra digər din xadimləri daşıyır. Böyük Ayətullahın mütləq ictihad etmək hüququ vardır. Başqa sözlə desək, o, dini normaları subyektiv dərk etməsinə əsaslanaraq, ictimai münasibətlərin bütün sahələrində yeni davranış qaydaları formalaşdıra bilir.

  • Wilfried Buchta. Schiiten. — Hugendubel, München u. a. 2004. — ISBN 3-7205-2491-4, (Diederichs Kompakt).
  • Heinz Halm. Die Schia. — Darmstad: Wissenschaftliche Buchgesellschaft, 1988. — ISBN 3-534-03136-9.