Əmir əl-möminin

Əmir əl-Möminin (ərəb. امیر المؤمنین‎) — "əmir" ərəb dilində başçı, lider, sultan və sərkərdə mənasındadır. İslam peyğəmbərindən sonra Məhəmməd tərəfindən ordu başçılığına seçilirdilər və onlara əmir deyilirdi. Amma Əmir əl-Möminin ləqəbi yanlız müsəlmanların və tüm qüvvələrin başçısına deyilir.

Əmir əl-Möminin

[redaktə | mənbəni redaktə et]

Əmir əl-Möminin (Başçı mənasında) öz siyasi və dini məzmunu ilə müsəlmanlar arasında xəlifə və ya imamlara deyilirdi. Bu ləqəb Əli bin Əbu Talibin ən məşhur ləqəbidir.

Sünni baxışı

[redaktə | mənbəni redaktə et]

Sünni müsəlmanlar bu ləqəbi xülafәyi raşidinin hamısı, Әməvilərə, AbbasilərəOsmanlılara deyirlər.

Şiə baxışı

[redaktə | mənbəni redaktə et]

Əmir əl-Möminin islam peyğəmbərinin canişini və vəsisinin, İmamlardan ilk imam, Əli bin Əbu Talibin ləqəbidir.

Əli bin Əbu Talibin Əmir əl-Möminin olması, imamətinə və peyğəmbərin arasız canişin və vəsi olmasına etiqad və inanmaq vacibdir[1] bəlkə imanın rüknlərindəndir.

Azanda Əmir əl-Möminin

[redaktə | mənbəni redaktə et]

Şiə müsəlmanlar azanda Məhəmməd Rəsullulahın peyğəmbərliyinə şəhadət verdikdən sonra Əli bin Əbu Talibin Əmir əl-Mömininliyinə şəhadət verib və etiraf edirlər. bunun səbəbləri şiələrə görə:

Azanın vəhy vasitəsi ilə nazil olunub

[redaktə | mənbəni redaktə et]

Şiə mənbələrində azanın necə deyilib və qanunlaşması vəhy yoluyla olub. necə ki İmam Cəfəri Sadiq (ə) deyir:[2]

{{{1}}}‏‎ قال الصادق علیه السلام: لما هبط جبرئیل بالاذان علی رسول الله کان راسه فی حجر علی علیه السلام فاذن جبرئیل و اقام فلما انتبه رسول الله صلی الله علیه و آله قال: یا علی سمعت؟ قال: نعم قال: حفظت؟ قال نعم قال ادع لی بلالا تعلمه فدعا علی علیه السلام بلالاً فعلمه


O, zamanki Cəbrayıl mələk əzanı peyğəmbərə gətirdi peyğəmbərin başı Əlinin ətəyindəydi, Cəbrayıl azanı peyğəmbərə öyrətdi, bitdikdən sonra peyğəmbər başını qaldırıb Əlidən soruşdu: Cəbrayılın səsini eşitdin? dedi:Hə.

Peyğəmbər birdə soruşdu:Onu xatırladınmı? dedi: Hə.

Peyğəmbər dedi: Bilalı çağır və azan və iqaməni ona öyrət. Əli isə bilalı çağırıb azanı ona öyrətdi.

اشهد أن علیا ولی الله-a görə iki nəzər var.

1- Bəziləri onun deməyini müstəhəb bilirlər. namazda qunut kimi.

2- Bəziləridə onu müstəhəb bilirlər amma azanın bir bölməsi olmaqdan görməyərək. yəni bir müstəhəb işdir ki azanın özü və məzmunundan deyil.

3- bütün Şiə alimləri deyirlər ki Şəhadəti Salisə(Üçüncü şəhadət=اشهد أن علیا ولی الله) azandan deyildir.

4- Əgər birisi bunu azanın bir parçası olaraq görüb deyərsə əram iş görmüşdür.

Əli bin Əbu Talibə məxsusluğu

[redaktə | mənbəni redaktə et]

Ad aparılan ləqəb yanlız ilk məsum İmam Əli ibn Əbu Talibə məxsusdur və başqalarının hətta obiri imamlarıda bu ləqəbnən çağırmaq düzgün deyil.[3][4][5][6]

  1. "Əhkamül Nisa, s. 15". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05.
  2. Amili, Təfsili Vəsailü-Şiə, c. 4, s. 612(عاملی، تفصیل وسائل الشیعة الی تحصیل مسائل الشریعة، ج 4، ص 612.)
  3. "Biharül Ənvar, c. 37, s. 334". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05.
  4. Mənaqibi Əli Əbutalib, c. 2,s. 254 Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine(مناقب‏آل‏ابی طالب ج۲، ص۲۵۴)
  5. Vəsailül Şiə, c. 14, s. 600 Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine(وسائل‏الشیعة ج۱۴، ص۶۰۰)
  6. Müstədrəkül Vəsail, c. 10, s. 398. Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine(مستدرک‏الوسائل ج۱۰، ص۳۹۸)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]