Şeyxəli xan Kəngərli

Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov (Naxçıvan1880, Ordubad, Naxçıvan qəzası) — Kəngərlilərin nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, Ordubad qəzasının naibi.

Şeyxəli xan Kəngərli
SonrakıMəmmədsadıq ağa Kəlbəlixanov
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1880
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Kəlbəli xan Kəngərli
Uşağı Məmmədsadıq ağa Kəlbəlixanov
Dini şiəlik

İkinci Rusiya-İran müharibəsi dövründə (1826–1828-ci illər) Naxçıvan ərazisində qızğın döyüşlər olub. "İranda A. P. Yermolovun elçiliyi" adlı kitabda Berje göstərir ki, Naxçıvan xanları ilə İran şahlığı arasındakı ziddiyyət baş verir.

Ehsan Xan və qardaşı Şeyxəli xan rus təbəəliyini qəbul edib hərbi xidmətə girir. Qraf Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı isə Ordubada naib (canişin) təyin edir.

Həmin vaxt – 1827-ci ilin iyul ayında İran ordusunun hərbi rəislərindən olan Kərim xan qraf Paskeviçdən özünün Naxçıvana vali təyin edilməsini xahiş edir. Lakin Paskeviç onun bu təklifini rədd edir. Odur ki, Ehsan xanın və onun qardaşı Şeyxəli xanın Naxçıvan və Ordubad valisi təyin olunmasından qəzəblənən Kərim xan rus ordusundan və Qraf Paskeviçdən intiqam almaq məqsədilə üç min nəfərlik qoşunla Ordubad qalasına – Şeyxəli xanın üzərinə hücum edir. O, rus ordusu qərargahının rəisi general Muravyovu Ehsan xanla birlikdə Ordubad qalasında mühasirəyə alır. Lakin Ehsan xan qardaşı Şeyxəli xanla birləşərək general Muravyovun başçılıq etdiyi rus qoşununu mühasirədən çıxarıb, Vənənd – Çənnəb yolu ilə Əlincə qalasına gətirir. Türkmənçay müqaviləsindən sonra Kərim xan öz qoşunları ilə Ordubaddan uzaqlaşır. Şeyxəli xan isə Ordubadda naibliyini davam etdirir. O, bir sıra islahatlar aparır və mədəni tədbirlər həyata keçirir. Fəqinin rəhbərlik etdiyi "Ərcüməni-Şüəra" ədəbi məclisi də 1831-ci ildə Şeyxəli xanın təşəbbüsü ilə yaradılır.

Rusiya özünü "səxavətli" göstərsə də, Cənubi Qafqazda işğal etdiyi torpaqlarda müstəmləkəçilik siyasətini tədricən həyata keçirirdi. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı nəticəsində burada rus çarizminin müstəmləkəçilik siyasəti bərqərar olsa da, ölkədə uzun müddət davam edən feodal pərakəndəliyinə son qoyuldu.

Naxçıvan vilayəti 1828-ci ildə Rusiyaya ilhaq edildikdən sonra Kəngərlilər bir neçə qola ayrılmışdılar (Kəlbəlixanov, Naxçıvanski, Zülfüqarxanov və s.). Kəlbəli xanın oğlu Şeyxəli xan və vərəsələrinin əksəri Kəlbəlixanov familiyasında qalmışdı. Kəngərlilərin çox mühüm qollarından biri olan Kəlbəlixanovlar nədənsə çox az öyrənilib. Kəlbəlixanovların şəcərəsini ilk dəfə mərhum tarix elmləri namizədi Ə. Əliyev hazırlayıb. Naxçıvan MR dövlət arxivində olan sənədlər bizə Şeyxəli xanın nəsil şəcərəsini ətraflı təsvir etmək imkanı verir.

Kəlbəlixanovlar

[redaktə | mənbəni redaktə et]

Arxivdə polkovnik Şeyxəli xanın varisləri haqqında çox maraqlı sənədlər var. Bu sənədlər içərisində Şeyxəli xanın varislərinin əmlak və torpaq mülkləri, daş karxanaları, fabrik və manufakturaları və dövlət vergiləri ilə bağlı yazışmalar, raportlar, xahişnamələr, ərizələr və s. var. Arxiv sənədlərindən məlum olur ki, Şeyxəli xanın, eləcə də oğlu Məmmədsadıq ağanın naib olduğu dövrdə Ordubad qəzasında sənayeyə, kənd təsərrüfatına, təhsilə böyük diqqət yetirilib, yeni fabrik və zavodların, daş karxanalarının açılması üçün cəhdlər göstərilib.[1]

V. Zelinskinin verdiyi məlumatlara görə Ordubad mahalında 1873-cü ildə 26 ipək fabriki fəaliyyət göstərirdi: Ordubadda 14, Yuxarı Əylisdə 8, Vənənddə, Nüsnüsdə və Aşağı Əylisdə 4 fabrik işlədilirdi. İpək fabriklərinin bir çoxu Kəlbəlixanovlara məxsus idi. Bu fabriklərdə 163 usta, 262 şagird, 29 fəhlə işləyirdi. Buna görə də Ordubad şəhəri əhəmiyyətli ticarət və sənətkarlıq mərkəzinə çevrilirdi. Hesabata görə Ordubad mahalında ümumi dəyəri 40 min manat (gümüş pulla) olan 200 putdan artıq ipək hasil edilib. Arxivdə Şeyxəli xanın böyük oğlu, ştaps-kapitan Məmmədsadıq ağa Kəlbəlixanov və onun oğlu poruçik Məmməd Xan Kəlbəlixanovla bağlı çox maraqlı və tariximiz üçün olduqca vacib sənədlər tapılıb.

  • E. Seyidbəyli "Naxçıvan torpaq mülkiyyətinə aid XVII – XVIII əsr Kəngərli arxeoqrafik sənədləri" kitabı, sənəd N 20. Bakı. 2000. səh.190
  • F. Əliyev. M. A. Əliyev "Naxçıvan xanlığı" kitabı. Bakı 1996. səh 106.