Məmmədsadıq ağa Kəlbəlixanov (1810, Naxçıvan – 1880, Ordubad, Naxçıvan qəzası) — Ordubad qəzasının rəisi, Rusiya İmperator Ordusunun ştabs-kapitanı, Şeyxəli xan Kəngərlinin oğlu və Naxçıvan xanı Kəlbəli xan Kərgənlinin nəvəsi.[1]
Məmmədsadıq ağa Kəlbəlixanov | |
---|---|
Ordubad qəzasının naibi | |
Əvvəlki | Şeyxəli xan Kəngərli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1810 |
Doğum yeri | |
Vəfat tarixi | 1880 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Şeyxəli xan Kəngərli |
Uşaqları |
Məmməd Xan Kəlbəlixanov Hacı Teymur Kəlbəlixanov Minə Bəyim xanım |
Dini | şiəlik |
Rütbəsi | ştabs-kapitan |
Onun adı dövrün sənədlərində Məmmədsadıq bəy, Məmmədsadiq Hacı bəy və ya Məmməd sadıq bəy Şeyxəli bəy oğlu kimi qeyd edilmişdir. 1810-cu ildə Naxçıvan xanları ailəsində Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1827-ci ildə atasına Ordubad şəhərinin Qacar ordusunun sərkərdələrindən biri olan Kərim xanın hücumuna qarşı müdafiə edilməsində yardım etmişdir. İkinci Rus-İran müharibəsində iştirak etmişdir. 1829-cu ildə Rusiya İmperator Ordusunda xidmət etməyə başlamış və poruçik rütbəsinə yüksəldilmişdir. 1837-ci ildə Ordubadın rəisi təyin edilərək oradan vergi toplama səlahiyyəti verilmiş, xan ailəsindən olmasına baxmayaraq xəzinədən təqaüd almamışdır. Kəngərli süvariləri dəstəsinin ləğv edilməsinə yaxın, 1956-cı ildə verilən fərmanla o, ştabs-kapitan rütbəsinə yüksəldilmişdir. İkinci Rus-İran müharibəsinin xatirəsi münasibətilə gümüş medalla, İmperator I Nikolayın Qafqaza səfəri münasibətilə medalla təltif edilmişdir. Məmmədsadıq ağanın naib olduğu dövrdə Ordubad qəzasında sənayeyə, kənd təsərrüfatına, təhsilə böyük diqqət yetirilib, yeni fabrik və zavodların, daş karxanalarının açılması üçün cəhdlər göstərilib.[2]
O, İrəvan quberniaysı bəy komissiyasının Ordubad qəzası üzrə nümayəndəsi olmuşdur. O, Yaycı kəndində gəliri illik 60 rubl olan torpağa, ümumi gəliri 400 rubl olan iki bağa sahib idi. 1858-ci ildə onun bu kənddəki karxanası Naxçıvan sakinləri M.Tuniyev və A.Tuniyev qardaşlarına icarəyə verilmişdir.[2]
Ştabs-kapitan Məmmədsadıq ağa Kəlbəlixanovun leytenant Məmməd xan Kəlbalıxanov, Hacı Teymur Kəlbalıxanov adlı iki oğlu və Mina Bəyim adlı bir qızı var idi.[2]