Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 43 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Şeyx İbrahim Şiləvari — 1757-ci ildə Lənkəranın Şiləvar kəndində anadan olmuşdur. İlk təhsilini Lənkəran şəhərindəki mollaxanalardan birində almışdır. Ona məxsus olan və hazırda Lənkəran rayonunun Şilvar kəndində saxlanılan ona məxsus "Qurani-Kərimi"n səhifələri ətrafındakı əlyazmalarının oxunması nəticəsində məüyyən edilmişdir ki, bu şəxs İraqın Nəcəf şəhərində yüksək dini təhsil almışdır.
Şeyx İbrahim Şiləvari | |
---|---|
Şeyx İbrahim Məhəmməd oğlu Şiləvari | |
Şeyx | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Talış xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Lənkəran, Talış xanlığı |
İxtisası | ilahiyyat |
Dini | İslam |
1795-ci ildə Ağa Məhəmməd şah Qacar qoşunlarının Talış xanlığına hücumları zamanı Talış xanı Mir Mustafa xan tərəfindən vuruşmuş şilavarlılardan ibarət hərbi dəstəyə rəhbərlik etmişdir.
İbrahim Şiləvariyə Qacarlar gedəndən sonra kəndin şimalında xan tərəfindən təqribən 50-60 hektarlı torpaq sahəsi bağışlanmışdır. El arasında indi də bu ərziyə "İbrahim-məzə" deyilir.[1]
Sovet dövründə əlyazamları və əsərləri itmiş, bir qismi isə dövlət orqanları tərəfindən ələ keçirilmişdir. 1852-ci ildə 95 yaşında vəfat etmişdir.