Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır.[1]
Şiləvar | |
---|---|
38°45′11″ şm. e. 48°49′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir.[2]
Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur.[2]
Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir.[3]
Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır.
Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır. Ağa Məhəmməd şah Qacarın Lənkərana hücumu zamanı şilavarlılar Mir Mustafa xanın tərəfindən vuruşmuş və torpaqlarını qəhrəmanlıqla müdafiə etmişlər.[2] Qacarlar gedəndən sonra Mir Mustafa xan onun tərəfindən vuruşan kəndin nüfuzlu adamlarından olmuş və Nəcəfdə dini təhsil almış Şeyx İbrahim Şiləvariyə kəndin şimal hissəsini bağışlamışdır. Kəndin bu hissəsi bu gün də yerli əhali tərəfindən "İbrahimməzə" adlandırılır.[2]
Kənd Lənkəran ovalığında, rayon mərkəzindən 2 kilometr cənub-şərqdə yerləşir.
Şilavar kəndinin əhalisinin tərkibində talışlar üstünlük təşkil edir. Əhalisi təqribən 2500 nəfərdir.
Əhalisinin əsas məşğuliyyəti əkinçilikdir.
Kənddə 1 klub var.
Şilavar sovetləşmədən sonra Lənkəranda ilk məktəb yaradılan yaşayış məntəqələrindən biridir. 1921-ci ildə kənddə məktəb yaradılmışdır. Kənddə 1 məktəb fəaliyyət göstərir.
Kənddə 1 məscid mövcuddur. Kənd məscidi XIX əsrə aid tarixi abidə kimi bu gün də qurulur. XX əsrin 90-cı illərində yenidən restavrasiya edilmişdir. Dindarları İslamın şiə məzhəbinə mənsubdurlar.
Kənddə həkim ambulatoriyası var.
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |